Ürək / B.Vahabzadə


 Ürək odur daim yana, 
 Od püskürə alovlana. 
 Od vermirsə qəlbə, cana 
 Demək o heç ürək deyil. 
 O heç mənə gərək deyil. 

  Əgər ki, sevinib gülmür, 
  Döyüntüsün heç kim bilmir, 
  Çırpıntısı eşidilmir 
  Demək o, heç ürək deyil. 
  O heç mənə gərək deyil. 

  Vətəniyçün lazım gəlsə 
  Polad kimi gərilməsə, 
  Torpağına sərilməsə 
  Demək o heç ürək deyil. 
  O heç mənə gərək deyil. 

  Neyləyirəm o ürəyi- 
  Yox arzusu bir diləyi!? 
  Bacarmırsa o sevməyi 
  Demək o heç ürək deyil. 
  O heç mənə gərək deyil!



 

3 şərh

Aysel77
DAhilik budur...Bir neçə sətirə dünyalaraı sığdırmaq bax bu dahilikdir) Əhsən Sizə Bəxtiyar müəllim!!!
Medikamentoz
Xaraktersiz insan olub,bəyənmirəm.
heyatin-ellerinde
 Vətəniyçün lazım gəlsə 
  Polad kimi gərilməsə, 
  Torpağına sərilməsə 
  Demək o heç ürək deyil. 
  O heç mənə gərək deyil.

 Bu şeirin bu bəndi uşaqlığımdan dilimdə əzbərdi. İndi belə ürəklərə həqiqətən ehtiyac var. :(