Bəhanədi

Dişlərim töküldü,saçım ağardı,
Yaşın nə günahı?,yaş bəhanədi.
Taleyim daş atdı,başımı yardı,
Buna daş neyləsin?,daş bəhanədi.

Bəzən baharda da saralır yarpaq,
Taleyin əlində hər şey oyuncaq,
İnsanı öldürən əcəldir ancaq,
Azar da ,bezar da, boş bəhanədi.


Lağ etmə bədbəxtə, gülmə nakama,
Bədbəxt can atmaqla,yetişməz kama,
Bəxtinnən qar yağdı, ömür bağçana,
Buna qış neyləsin?,qış bəhanədi.

Mən quzeyli oldum, bəxtim güneyli,
Ona çatammadım, çalışdım xeyli,
Bəxtiyar bəxtinnən oldun gileyli,
Buda səninçün xoş bəhanədi…
 

5 şərh

pascal

Gözəl şeir. Allah Bəxtiyar Vahabzadəyə rəhmət eləsin.

Paylaşdığınız üçün sağ olun.

ataxanli
ELLERİNİZ VAR OLSUN!
das_dovru
gozell seerdi… Sair omrunu  insani oyrenmeye serf etdi goresen ne oyrenib getdi..?
heyatin-ellerinde
hem cox gozel.hem de insani dusunmeye vadar eden seirdi…
Nobody

Paylasim ucun tesekkurler :)

Beyendim seiri