Səbəb axtarma

Neynim otuz illik məhəbbətindən,
Son illər yüz dəfə sən dönə bildin.
Səni yalvarışla qaytarmışdım mən,
Sənsə dönməyinlə öyünə bildin!

Bunlar nə deməkdir ?
Bir düşün sən də.
Ölüb məhəbbətin məhəbbətində


Neçə yol küsüşdük...
Küsüşən anda
Barışmaq istədim, əyilmədin sən.
Mən öz qələbəmə peşman olanda,
Sən öz qələbənlə fərəhlənmisən.

Gəl səbəb axtarma, ürəyin bom-boş.
Bunu məndən gözəl bilirsən yəqin.
Səbəb sevgisini çoxdan unutmuş,
O səbəb axtaran qəldbindir sənin!
bəhanə axtarmaq
 
 

1 şərh

pascal

 

 

   Bəxtiyar Vahabzadə poeziyasını bəyənməmək mümkünmü?