Sən mənim eşq adlı dəliliyimsən I Rüstəm Behrudi

«Sen menim eşq adlı deliliyimsen» 
Deyirdim başıma dəlilik gələr , 
Bir gün 27 yaşımda bəlkə .
Otuzu adladım
Xəbərsizəm mən ,
Dəlilik yaşayır başımda mənim . 

Mən ruh adamıyam, ruhumda sənsən ,
Ruhuma qul olan sözdü can, ancaq .
Nəyim var al, götür 
eşqinən gələn 
Dəlilik istərəm Tanrıdan ancaq .


Mən sənə yaxınam, özündən yaxın ,
Sən mənə uzaqsan nə qədər Allah ,
Xoşbəxtlik gətirmir bu sevinc niyə ,
De niyə öldürmür bu kədər Allah ! 

Yaxınsan, duyarsan pıçıldasam mən , 
Əlimi uzatsam saçlarındadı .
Bəs niyə gözlərin ayrılıq deyir , 
Bəs niyə sözlərin ayrılıq dadır ? 
Sənin yollarinda ayrılıq ,
mənim 
Yollarımda qəza — qədər yaşayır .
Mənim ürəyimdə sənin gözlərin , 
Sənin gözlərində kədər yaşayır . 

Sənə qovuşmağa gəlirəm, yetər 
Bəndənəm, gözünü yola dik Allah ! 
Bagışla sözumdən dəlilik yagır ,
Sevgidən ölməkdi dəlilik, Allah ! 

Elə ayrılıq da, vüsal da səndə , 
Tanrısan, bəndəsən de axı kimsən ?!
Sən mənim ən həzin kədərli nəğməm , 
Sən mənim eşq adlı dəliliyimsən .

Mən sənə yaxınam, özündən yaxın , 
Sən mənə uzaqsan nə qədər Allah .
Xoşbəxtlik getirmir bu sevinc niyə , 
De niyə öldürmür bu kədər Allah ?!

Sevgi və məhəbbət 

Həmçinin bax: Ayrılıq məktubu 
 

1 şərh

heyatin-ellerinde
cox maraqli seirdi.tesekkurler