Öləcəyimi bilsəydim əgər

Öləcəyimi bilsəydim əgər                                            

Həyata gəlmək istəməzdim                                             ,   

Yaşımın qeydini istəməzdim                                           

Bağçaya hücum çəkməzdim                                             

İlk sevgimi orda tapmazdım

Sevirəm səni sözün söyləməzdim

Sevmirəm səni sözün eşitməzdim  

Bu sözün də dərdini çəkməzdim

Bu sözün dərdini çəkdirməzdim

Öləcəyimi bilsəydim əgər

Böyüməyə can atmazdım

Böyüklərə can atmazdım

Onlardan kömək dilənməzdim

Öləcəklərini bilsəydim əgər

Atamı,anamı heç sevməzdim

Qardaşımı,bacımi sevməzdim

Onların sevgisini dilənməzdim

Onlara nifrıtimi bildirməzdim

İçimdə boğardm nifrətimi

İçlərində boğardım nifrətlərini

Valideynlərə nifrət etməzdim

Onlara yalan söyləməzdim

Sevirəm sizi yalanını söyləməzdim

Sevimlimizsən yalanını eşitməzdim

Öləcəyimi bilsəydim əgər

Məktəbə də heç getməzdim

Müəllim tayfasını da görməzdim

Sinif heyyətini də görməzdim

Dost olacaqlarımı görməzdim

Dosta yaralıları seçməzdim

Xəyanətkarlara nifrət etməzdim

İkinci sevgimi görməzdim

Yenə sevirəm səni söyləməzdim

Yenə sevmirəm səni sözün eşitməzdim

Öləcəyimi bilsəydim əgər

On bir ilimi bada verməzdim

Təhsilə davam deməzdim

Təhsil dalınca qaçmazdım

Universitet həyatını seçməzdim

Boş fikirlərə gülməzdim

Boş danışığa hə!deməzdim

Yalançi qiymətlərə hə!deməzdim

Savadsizliğa hə!deməzdim

Şarlatanlara hə!deməzdim

Müştəbehlərə,lovğalara hə!deməzdim

Ağzıma gələni heç söyləməzdim

Başımı cəncələ soxmazdım

Bütün sifarişlərə hə!deməzdim

Bütün diplomlara hə!deməzdim

 Kağız parçasına hə!deməzdim

Dörd ilə ömrümü satmazdım

Hər günümün qədrin bilərdim

Zamana boyun əyməzdim

Zamana boyun əydirərdim

Günə yox saniyəyə hökm edərdim

Həyatın qədrin bilməzdim

Öləcəyimi bilsəydim əgər

Tüpürərdim bu həyata

Həyata yox əbədiyyətə hə!deyərdim

Dünyadan iki əlli yapışmazdım

Çəkib gedərdim bu həyatdan

Sizlərə əlvida deyərdim

Özümə əbədiyyət arzulardım!

Öləcəyimi bilsəydim əgər

Anama doğuşda əziyyət verməzdim

Atamı zərərə heç salmazdım

Nənəmə sevinc bəxş etməzdim

Babamın adın seçməzdim

Digərlərinə özümü güldürməzdim

Öləcəyimi bilsəydim əgər

Bu yazımı da heç yazmazdım

Sizin də başınızı ağrıtmazdım.

Sizlərdən üzr istəyirəm

Öləcəyimi yaxşi bilirəm

Öləcəyimi yaxşi bilirəm!!!

                                                                                          

                                                                      Beyrək Behbudov

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

                                                        

 

 

3 şərh

tarixci1919
Öləcəyimizi bilirik və bu dünyada etdiyimiz bütün əməllər ölümdən sonra davam edəcək həyatımız üçündür Əbədiyyət üçün.
WinRar
Şedevr! Super əsərdi!
Ramil
Gözəldir, amma insan öləcəyi günü və ya başına gələn hadisələri qabaqcadan bilsə idi əlbəttə ki, həyat maraqsız olardı.