Ey vay anam! | Məhəmməd Hüseyn Şəhriyar

Ölmüşsə də bu evə yenə gəlib gedir o
Yenə ayrıla bilmir yenə xidmət edir o
O bizim ömrümüzün hər anında yaşayır
O yenı paltar yuyur yenı odun daşıyır
Ölümündən sonra da özü görür hər işi
Anam!Biçarə anam!Evimizin Günəşi
Xeyr!Ölməyibdir o!Eşidirəm səsini
Üşüyənə duyuram yenə od nəfəsini
O atamın yanında torpağa basdırıldı
Gəli qohum əqraba başsağlığı verdilər
Dodaqlarda cümlələr kəlmə-kəlmə qırıldı
Göz yaşına qarışdı təsəllilər,ümidlər
Nə qədər ki mən sağam anam da sağdır mənim
Səsimdə, nəfəsimdə yaşayacaqdır mənim
Yaşayacaq qəmimdə,pərişan gülüşümdə
Heç ölərmi söyləyin,sual verin cahana
Şəhriyarı yetirən şir ürəkli bir ana?!
O sevgidən yoğrulmuş yanar qaynar bir ürək
Hara getsəm köksümdə mənimlə bir gedəcək

11 şərh

asel
redaktə edin də. hamısı qarışıb bir-birinə. seirə oxsamır
heyatin-ellerinde
problem oldu qabaqcadan uzr isteyirem....bagislayin
pascal
Bu şeirdisə, niyə hekayə kimi yazılıb? Bəs nöqtə, vergül, tamamlanmayan hərflər hardadır? Elə bil qovdu-qaçla yazılıb. Mümkünsə, şeir kimi, beyt şəklində yazın. Uğurlar.
Samir012
yaxşı olarki tənqiddənsə izah etmək, yəqinki necə edəcəyini dəqiq bilmədiyi üçün belə alınıb, mən ikincini üstün tutdum
asel
 mən öz əvəzimə deyim ki, tənqid etmədim. fikrimi bildirdim. burda nə var ki. öyrənə-öyrənə gəlirik
Samir012
gəlin qəbul edək ki biraz sərt yazmısız) ola bilər və əminəm ki siz yaxşılıq üçün demisiz ancaq mən ilk baxışdan belə anladım, mən də təzə vaxtı çox səhvlər etmişəm və bir çox istifadəçiyə cut qoymaqda kömək də etmişəm) səmimiyyətiniz üçün təşəkkürlər sizə)
asel
nə bilim, siz səhv anlamısız.
pascal
Samir012, kim tənqid edib? Bizdə də belə səhvlər olub, elə burdaca deyiblər, düzəltmişik. Şərhlə yazmaq, tənqiddir? 
Samir012
tənqid pis bir şey deyilki, yaxşıdır əslində, yanlışları demək və tənqid etmək öz qədərində çox yaxşıdır
pascal

heyatin-ellerinde, zəhmət olmasa, şairin adındakı e həfini də ə ilə əvəz edəsiniz. Qabaqcadan təşəkkürlər. :)

heyatin-ellerinde
HER SEY UCUN COX SAGOLUN!!!