Milli ətlərik.

Biz qovulduqca  qaçıb mərddən dönən namərdlərik,

Az.Tv-də dərdsizik əslində əhli-dərdlərik.

 

Keçmərik düşmən qoyan  sərhəddi bir addım belə,

Amma sərhədlər içində  xeyli bisərhədlərik.

 

Biz xüsusi işlərin hazır olan qurbanııyıq,

Biz ümumi dərdi çəkməkçün  xüsusi fərdlərik.

 

Əhmədi-biqəmlərik ki, hər şeyə biganəyik,

Biz həqiqətlər yerə çırpan hacı əhmədlərik.

 

Biz həkimlərçün, müəllimlər üçün “şirvan”larıq,

Leyk şofer tayfasıyçün bir maşın “məmməd”lərik.

 

Biz əsir qızlarımız varkən yeyib – içməkdəyik,

Ölməli insan ikən zənn eylərik xoşbəxtlərik.

 

Sən bizə millət deyib, Pünhan, bizi xar eyləmə,

Milli aslanlarımız üçün, yağlı milli ətlərik.

 

6 şərh

pascal
Ən çox sevdiyim şairlərdən biridir. Hər onun şeirinə şərh yazarkən bunu deyirəm. Allah ona rəhmət eləsin. Şeiri paylaşdığınıza görə də, sağ olun, heyatin-ellerinde.
pascal
Şəkil də mövzuya uyğundur. +
heyatin-ellerinde
pascal, oxuduğunuz üçün çox sağolun
asel

Biz əsir qızlarımız varkən yeyib – içməkdəyik,

Ölməli insan ikən zənn eylərik xoşbəxtlərik.- bu misranı oxuyarkən nədənsə «Xoca» filmi yadıma düsdü. 

BaRLeLiTa
Allah Baba Pünhana rəhmət etsin. Sevirəm onun şeirlərini, hər bir sözündə çoxları tərəfindən qəbul edilməyən həqiqət var. Çox təəsüf ki, tez itirdik onu....
Məndə xusüsi ilə şəkli bəyəndiyimi vurğulamaq istərdim, acı həqiqətdir.
heyatin-ellerinde
Oxuduğunuz üçün hər kəsə təşəkkür edirəm