Nə bilim | Məmməd Araz

Səndən mənə bir ömürlük xatirə,
Məndən sənə nə qalacaq, nə bilim?
Çətin bir də daş üstə daş bitirəm,
Niyə uçdu bu qalaçıq, nə bilim...

Damağımda bal sevdanın turş dadı
Uşaq ağlım inadıma qurşadı.
Nə hönkürdü bu naqafil gurşadı?
Kimə dedim, — dedi, — ancaq: «nə bilim!»

Günlər mənə gün yazmağı unutdu,
Gülüm, günün güllərimi qurutdu.
Bu oyunda kim uduzdu, kim uddu,
Peşimanı kim olacaq, nə bilim?

Mən Arazam, səsim tutqun Arazdı,
Ha çağırdım, ha yüyürdüm, ha yazdım.
İndi daha qaynar təbim ayazdı,
İsinərmi bir od-ocaq, nə bilim...

8 şərh

pascal
Kaç bu şeirə bəstələnmiş mahnını da bur yerləşdirəydiz. Gözəl olardı. :)

Damağımda bal sevdanın turş adı, — yox, Damağımda bal sevdanın turş dadı. bir hərf, bir durğu işarəsi mənanı dəyişdirir, hörmətli yazarlar. Diqqətli olun! :)
Apollon
«Damağımda bal sevdanın turş adı» misrasına hər yerdə bu şəkildə rast gəlmişəm. Yəni öz ixtiram deyil. 
Someone
Səndən mənə bir ömürlük xatirə, Məndən sənə nə qalacaq, nə bilim ?
pascal
Apollon, buna görə mən hər dəfə deyirəm ki, yazıları nəşr edəndə ehtiyatlı olaq, əvvəl yoxlayaq, sonra nəşrə verək. O «turş adı» yazılan misra internetdə bu şeiri çap edən birinin səhvidir, yoxlamadan, baxmadan yazıb, o birilər də copy paste edərək bu səhv zəncirini davam ediblər.
Məndə 1994-cü il «Yazıçı» nəşriyyatının «Məhəbbət bir bəladır ki...» (tərtib edəni və redektoru Zirəddin Qafarlı) kitabı var. Orda Məmməd Arazın bu şeiri də yer alıb. Ordakı misrada «turş dadı» yazılıb.Burda da belə yazılıb. Bu səhifə tamamilə Məmməd Araza həsr olunmuş səhifədi. Burdakı yazılar onun haqqında daha dolğun və daha düzgün məlumat verdiyindən doğrusu belə olacaq.
pascal
İnternetdə şeirin adın axtarışa verəndə sənin nəşrin də gəlir. Heç olmasa sən düzət ki, bu misradakı səhvin biri də səndən olmasın. Yetərincə var onsuz. :)
Apollon
Damağımda bal sevdanın turş adı dadı. :)
pascal
Təşəkkkür. :)