Sən dərsə gəlməyəndə

Düşür yadıma hərdən
Məktəb həyətində mən
Yoluna göz dikərdim
Qəlbim sızlardı birdən
Sən dərsə gəlməyəndə...

Durub-durub anardım
Gizli-gizli yanardım
Neçə dostun içində
Özümü tək sanardım
Sən dərsə gəlməyəndə...

Zəng səsi ucalardı,
Uşaqlar söz alardı.
Gözlərim boş masada,
Fikrim səndə qalardı
Sən dərsə gəlməyəndə...

Dözməyib buna bəzən
Düşüb gah da həvəsdən
Nə danım həqiqəti?
Qaçardım mən də dərsdən
Sən dərsə gəlməyəndə…

1 şərh

pascal
Çox xoşladığım şair və onun şeirlərindən biridir. 
Misraların sonunda durğu işarələrini unutmayın. O nöqtə, vergüllər şeirə xüsusi məna, pafos, gözəllik verir.

...Gözəlrəim boş masada
Fikrim səndə qalardı — yox,

Gözlərim boş masanda,
Fikrim sizdə qalardı,
Sən dərsə gəlməyəndə.