Dostum

Elimə gəlmisənsə,

Evimə gəlmirsənsə,

Dostum, sənə ar olsun!

 

Elimə gəlmisənsə,

Evimə gəlmisənsə,

Narazı qalmısansa,

Dostum, mənə ar olsun!

 

Elimə gəlmisənsə,

Evimə gələssənsə,

Dərdimə qalassansa,

Halıma yanassansa,

Bu dostluğu var olsun!

 

Dostun dosta yar olsun,

Düşmənlərin xar olsun,

Dünya mənə dar olsun,

Səni düşünmürəmsə,

Sənsiz darıxmıramsa,

Yolunu gözləyərək

Görüb sevinmirəmsə,

Qoy gözlərim kor olsun!

3 şərh

Ramil
Dostluğun birinci şərti etibardır
Kenan_Elxanoglu
Etibar etmədiyin adam dost deyil ki.«Dost» deyə bilirsənsə demək etibarından əminsən.
 
Ramil
Tamamilə düzdür.