Viktor Hüqo

Ağlamaq üçün gözdən yaşmı axmalı,

Dodaqlar gülərkən insan ağlamazmı?

Sevmək üçün gözələmi baxmalı,

Pis vücudda gözəl ruh,qəlb bağlanmazmı?

Həsrət- bir sevgidən uzaqmı qalmaqdır,

Sevgilin yanindaykən hicran duyulmazmı?

Oğurluq- pul, dövlət, malmı oğurlamaqdır,

Səadat oğurlamaq oğurluq olmazmı?

Solması üçün gülü budaqdanmı üzməli,

Qönçəykən bir çiçək budaqda solmazmı?

Öldürmək üçün silah, bir xəncərmi olmalı,

Gülüş-güllə, saçlar-ip, göz-silah olmazmı?

 

4 şərh

pascal
Gözəl sözlərdir. İngilis dilindən bunu tərcümə edən kimdir, bilmirəm, amma heca vəznində, yəni eyni ölçüdə başlayıb, eyni ölçüdə bitən formada tərcümə etsəydi yadda daha möhkəm qalardı. Amma belə də pis deyil.

Həsrət — bir sevgidən uzaqmı qalmaqdır,
Sevgilin yanındaykən hicran duyulmazmı?!
Əlbəttə duyulur. Çox sevirsənsə yanında olarkən belə onunçün darıxa bilərsən. Lap B. Vahabzadə demiş:

Gözüm gözlərinə dikiləndə də
Həsrətəm, həsrətəm, həsrətəm sənə.
 
naninka

Pascal, Siz artıq məndə Bəxtiyar Vahabzadə yaradıcılığına maraq yaradırsınız. ))

pascal
naninka, siz o şairi sevərək, diqqətlə oxuyun həyat haqqında çox şey öyrənəcəksiz. :)
naninka

Bəli mütləq.Artıq raslaşdıqca diqqət edirəm :)