Sonra deməyək ki, insan olaydım.

Kaş ki bir sənətkar dərzi olaydım, Paltarlar tikərdim dizdən aşağı.

İşimlə keçmişi yada salaydım, Çılpaq görünməzdi qadın ayağı.

Alverçi olaydım, bazara örnək, O vaxt aldatmazdım heç bir insanı.

O biri yalançı alverçilərtək, Mən pula satmazdım təmiz vicdanı.

Mən cərrah olaydım, önümdə xəstə, Edərdim kasıba xüsusi yardım.

Kiçik əməliyyat masası üstə, Çirkli vicdanları kəsib atardım.

Mən bənna olaydım, gedib dərinə, Ölənə tökməzdim qəmgin göz yaşı.

Ölən insanların qəbirlərinə, Tikməzdim mərmərdən parlaq baş daşı.

Müəllim olaydım millət xətrinə, Elmlə savadla düşəydim səsə.

Uç qiymət yazmazdım rüşvət xətrinə, Tələbə adını daşıyan kəsə.

Mən molla olaydım, qılıb namazı, Səhv etsəm deyərdim yolumu azdım.

Çox şey etməsəm də, bilin, ən azı, Quranı pul ilə heç oxumazdım.

Mən bağban olaydım, baxdığım bağa, Ətirli, tikansız güllər əkərdim.

Mən rəsam olaydım bəyaz varağa, Dünyanı büsbütün rəsmin cekerdim

Mən bir süpürgəçi olaydım gərək, Məni cəlb etməzdi təkcə öz dərdim.

Başqa dərdliləri başa düşərək, Dərdli ürəklərdən dərd süpürərdim.

Mən varlı olaydım, axı bir kərə, Bu pulu saymazdım müqəddəs varlıq.

Anasız, atasız, ac yetimlərə, Edərdim daima himayədarlıq.

Mən körpə olaydım, ikinci dəfə, Böyüyb yenidən gəzəydim yerdə.

Bu yaşa dolaydım, ikinci dəfə, Etdiyim səhvləri etməzdim bir də.

Daha bundan belə haqq yolu gedək, Bilinsin yolumuz qoy açıq, aydın.

Vaxtında insanla insanlıq edək, Sonra deməyək ki, insan olaydım.


Başqa saytdan. 
 

3 şərh

pascal
Çox gözəl şeirdi. Xoş arzulu, xoş niyyətli sözlər, məsləhətlər, eyni zamanda qınaqlar.
«Müəllim olaydım millət xətrinə...» Təkcə müəllim yox, elə insan kimi insan olaq, vətəndaş olaq...əvvəl özümüzün, sonra bu millətin xətrinə. 
pascal
Bir iradım var, misralar dördlük bəndlərlə alt-alta yazılsa çox gözəl görünər. Bir də, şeirin müəllifinin adın yazaydınız.
JAVIER_ZANETTI
Salam əleykum Pascal çox sağolun qiymətləndirdiyiniz üçün amma müəllifin adını bilmirəm ki, adını yazmır imza atmır sözün düzü heç özümdə soruşmamışam İnşAllah gələn dəfəyə )))