Bilə bildiyin qədər
Çal dünyadan xoş günü,
Çala bildiyin qədər.
Verəcəksən, unutma,
Ala bildiyin qədər.
Quzu kimi mələrsən,
Min-min arzu dilərsən.
Sən boşala bilərsən
Dola bildiyin qədər.
İdrak yolu qorxulu,
Gülündən çoxdur kolu.
Gedəcəksən bu yolu,
Gələ bildiyin qədər.
Nəyə gərək gileylər?
Bu çabalar, bu səylər?
Bildiklərin bəs eylər,
Elə bildiyin qədər.
Bu dünyanın min donu,
Min rəngi, min oyunu...
Dərk edərsən sən onu,
Bilə bildiyin qədər.
Sevinc dağına çıxsan,
Sanma dərddən uzaqsan.
Bir gün ağlayacaqsan,
Gülə bildiyin qədər.
Çala bildiyin qədər.
Verəcəksən, unutma,
Ala bildiyin qədər.
Quzu kimi mələrsən,
Min-min arzu dilərsən.
Sən boşala bilərsən
Dola bildiyin qədər.
İdrak yolu qorxulu,
Gülündən çoxdur kolu.
Gedəcəksən bu yolu,
Gələ bildiyin qədər.
Nəyə gərək gileylər?
Bu çabalar, bu səylər?
Bildiklərin bəs eylər,
Elə bildiyin qədər.
Bu dünyanın min donu,
Min rəngi, min oyunu...
Dərk edərsən sən onu,
Bilə bildiyin qədər.
Sevinc dağına çıxsan,
Sanma dərddən uzaqsan.
Bir gün ağlayacaqsan,
Gülə bildiyin qədər.
4 şərh
Gülnüdən çoxdur kolu.
Gedəcəksən bu yolu,
Gələ bildiyin qədər.
Gülnüdən* nə sözüdür? çox güman ki səhv yoxdur yazıda.
Min-min arzu dilərsən.
Çox gözəl misaldır, mələyib istəyirsən arzuların həyata keçsin.
...Verəcəksən, unutma,
Ala bildiyin qədər.
Doğulduğu gündən insan ətraf aləmdən hər şeyi görüb, əxz edir. Yıxılıb-qalxaraq, təcrübələrlərdən, sınaqlardan, çətinliklərdən, məktəbdən, kitablardan… ümumiyyətlə, bizi əhatə edən hər şeydən, hər kəsdən damla-damla yığaraq, öyrənərək həyatı anlayır, bəşəriyyəti, kainatı, dünyanı dərk edir. Bu yaşam müddətində insan potensialı, gücü (kapasitesi) nə qədər tuta bilirsə, nəyə yetirsə o qədər öyrənə bilir ancaq. Və özündən sonrakılara, ətrafındakı, həyatındakı insanlara da ancaq o qədərini paylaşa, verə bilir — ala bildiyi qədərin.
Bəxtiyar poeziyası dəraydı. Dərk etdikcə o dəryada həzz alaraq "üzürsən".