Yar qasidi | Məhəmmədhüseyn Şəhriyar

Sən yarımın qasidisən
Əyləş sənə çay demişəm.
Xəyalini göndəribdir
Bəs ki mən ax-vay demişəm.

Ax gecələr yatmamışam, 
Mən sənə lay-lay demişəm
Sən yatalı mən gözumə
Ulduzları say demişəm.

Hər kəs sənə ulduz deyə,
Özüm sənə ay demışəm. 
Səndən sonra həyatə mən
Şirindisə zay demişəm. 

Hər gözəldən bir gül alıb
Sən gözələ pay demişəm.
Sənin gün tək batmağıvı
Ay batana tay demişəm. 

İndi yaya qış deyirəm,
Sabiq qışa yay demişəm. 
Gah toyunu yadə salıb
Mən dəli nay nay demişəm.

Sonra yenə yasə batıb
Ağları* hayhay demişəm. 
Ətək dolu dərya kimi,
Göz yaşıma çay demişəm. 

Ömrə sürən* mən qara gün
Ax demişəm vay demişəm...

* Ağları: Ağlayıb
* Ömrə sürən: Ömür boyu 
 

1 şərh

_BUMERANQ_
Şairin özü qədər duyğulu deməsələr də xoş təşəbbüsdür :)