Əsən küləkdə | Bob Dilan

Kişi olanacan görən bir adam,
Dünyada nə qədər yol keçməlidi?
Görəsən qumsala qanad salmadan,
Göyərçin nə qədər yol ölçməlidi?
Görəsən nə qədər atılmalı ki,
Mərmilər əbədi yasaqlansınlar?
Əsən küləkdədir, dostum, cavabı,
əsən küləkdə.

Dağ görən nə qədər mövcud olmalı,
Aşınıb dənizə axmaqdan ötrü?
Bir insan neçə il insan qalmalı,
Axır azadlığa çıxmaqdan ötrü?
İnsanlar laqeyd olana qədər,
Gözünü nə qədər qaçırmalıdı?
Əsən küləkdədir, dostum, cavabı,
əsən küləkdə.

Görən göy üzünü görənə qədər,
İnsanlar nə qədər göyə baxmalı?
Görən göz yaşını eşitmək üçün,
İnsanda neçə cüt qulaq olmalı?
Və “bəsdir bu qədər” deməkdən ötrü,
Hələ neçə adam qırılmalıdı?
Əsən küləkdədir, dostum, cavabı,
əsən küləkdə.

Tərcümə: Qismət

0 şərh