"Uşaqlıq həsrəti" | Mərahim Nəsib

Uşaqlıq illərim yadıma düşür,
Gəlir yuxularıma o günlər hərdən.
Bu bədbəxt günlərin əlindən qaçıb,
Tez-tez o günlərə sığınıram mən.

Qayğısız, firavan ömür sürərdik,
Doymazdıq həyatın gözəlliyindən.
Gah çayda çimərdik, balıq tutardıq,
Qalmazdı ruhumuz dəcəlliyindən.

İsti təndirimiz var idi bizim,
Günü də satardıq o birisi günə.
Nənəm o təndirə çörək yapanda,
Şorəppək düzəldib verərdi mənə.

Heç nədən inciyib, küsməzdik onda,
Bezməzdik çörəyi yavan yeyəndə.
Məktəbə ən təzə paltar geyərdik,
Biz evdə yamaqlı şalvar geyəndə.

Həyəti bağçalı evimiz vardı,
İçində yaşardıq biz altı nəfər.
Atalı, analı, baba, nənəli
yaşardıq, üzümüz görməzdi kədər.

Saçına dən düşən nənəm var idi
Doymazdıq sözündən, söhbətlərindən.
Zəhmli bir qoca babam var idi,
Hamı danışardı səxavətidən.

Gecələr ulduzlar yoxa çıxanda,
Gözümüz qalardı pənəcərələrdə.
Deyərdik nə zaman yağar bu ağ qar,
Gedib oynayardıq dağ-dərələrdə.
Merahim nesib

Yağardı qarşısı açıq seyvana,
Onda yavaş-yavaş şər qarışardı.
İldırım çaxardı, guruldardı göy,
İşıqlar sönərdi peç alışardı.

Odun qızarardı peçin içində,
Ətri yayılardı içərdə necə?!
Otağa düşərdi peçin işığı,
Xəyala dalardım baxıb hər gecə.

İşıqlar sönərdi şər qarışanda,
Çökərdi canıma təklik qorxusu.
Anamın dizinə qoyub başımı,
Gedərdi canımdan kədər duyğusu.

Babam papirosun tüstülədərdi,
Dalardı fikirə səhərə qədər.
Kəsib boğazından verərdi bizə,
Tutardı boğazın qəhərə qədər.

Hər səhər nənəmlə tez oyanardı,
Durardı namaza zikr eliyərdi.
Bir tikə çörəyi tapmayanda da,
Varına, yoxuna şükr eliyərdi.

Nənəsiz, babasız bu evdə indi,
Dərdin caynağından çıxa bilmirəm.
Nənəmin, babamın qaldığı evdən,
Daha o günlərə baxa bilmirəm.

Zaman yaddaşımı silib apardı,
Ömürdən günləri yelə verəndə.
O zaman bildim ki, böyümüşəm mən,
Anamın saçında ağ dən görəndə.

Atam da, anam da qocalıb indi,
Gülüşlər tükənib solğun üzündən.
Xoşbəxtlik yağırdı bir zaman, bir vaxt,
Qəm, kədər tökülür indi gözündən.

Oyun oynamaqla keçərdi günlər,
İstərəm gözüm yumum bir oyun.
Elə darıxmışam, qəribəsmişəm,
Nolar o günləri mənə qaytarın.

Müəllif: Mərahim Nəsib

0 şərh