Krım tatar bayatıları (mani və şınlar)

Qayadan endim bu güñ
Əlimdə altın güyüm.
Hər gün gördüyüm yarı
Nə dün gördüm nə bu gün

Gözləriniz kömürmi?
Keçən güñlər ömürmi?
Bir məktup da yazmadız
Ürəyiñiz dəmirmi?

Qartal uçdu uzağa,
Qanad açdı qabağa
Toplanmışdıq bir yerə
Neçin getdik uzağa?

Gecə düşdü yat artıq
Ertə oyan çat artıq
Məndən sənə xeyir yox
Xəyalından at, artıq

Hicrət vacib dedi
Mollalarımız
Gəl ki kiçik idi
Balalarımı

Qan qırmızı açdı güllər
Kim qoxlayacaq
Yiyəsiz qaldı qəbirlər
Kim yoxlayacaq?

Mavi başmaq geyərsəñ
Neçün boynıñ əyərsən?
Dogru söylə nazlı yar
Hansımızı sevərsən?

Ay doğar, ay atlanar,
Bu dərdə kim qatlanar?
Mənim ahu-zarımdan,
Havalar bulutlanar!

Yel əsəndə getirir
Sünbül-lalə qoxusuun.
Bir məktup da yazayım
Gözəl yarım oxusun

Dağlar dağladı məni,
Görən ağladı məni.
O zalımın övladı
İpsiz bagladı məni

Su axar büllur-büllur,
Ətrafı qızılgüldür.
Əhli-hal göyərçinlə,
Mənə bir xəbər bildir.

Gül əkdim əkin-əkin,
Aldırdım əlimdəkin.
Hər kəs məndən hal sorar,
Bilmədən könlümdəkin.

Çaldığım bir bağlama,
Qara gözlüm ağlama.
Mən buralı deyiləm,
Mənə könül bağlama.

Qəfəsdə bülbül inlər,
Onun səsin kim dinlər?
Mənim könlümdə sənsən,
Sənin könlündə kimlər?

Sən hardasan, bilmirəm,
Göz yaşımı silmirəm,
Hər kəs məni şən bilər,
Mən ürəkdən gülmürəm

Qarşının çöllərində,
Amunun (Amudərya nəzərdə tutulur-red) lillərində,
Mən səni unutmadım
Ayrılıq illərində!

kulis.az

0 şərh