Əyyub Məmmədov - "Qısa ətək, yarıçılpaq"

Qısa ətək, yarıçılpaq

O gəncliyin ilk illərin dadanda,
Düşündü ki, gərəkdir məşhur olmaq cahanda
Çox əlləşdi, çalışdı bir yol tapıb məşhurlaşsın
O sadə qız olmasın, dillərdə dastan olsun.
Gah səhnədə, gah efirdə görünmək istədi
Bir əlac bulmadı ki, məşhur olsun bircə o
Axır ki, qısa ətək, yarıçılpaq öz şəklini çəkdi
Paylaşaraq çoxlu insan kütləsini yığdı o.
Gözləri parlayırdı, xoş sözləri görürdü
Gələcək məşhurluğun bünövrəsin hörürdü
Daha sonra çoxlu çılpaq fotolarla,
Bəzədi jurnalların üzünü, manşeti o
Amma baxsan nə sənət, nə peşə var
Yalnız ortada pulla satılan bir əxlaq var.



Sevib-sevilmək doğrusa əgər

Ürək istəyinə çatarsa əgər
Həyat gözəlləşib laləzar olar
Sevib-sevilmək doğrusa əgər
Ömür həmişə coşquyla dolar
 
Vallah sevgi gücdür,qüdrətdir
Səni sən edən bir həqiqətdir
Hər çətin, keçilməz, yoxuşlu yolda
Mətinlik göstərən bir məharətdir

Gerçək sevgini tapdıqda əgər
Sınayın ondakı böyük hikməti
Qorxunu, hürkünü hər əlaməti
Gündüzə çevirər gecə zülməti

Sevgidə uğur, irəliləyiş var
O mayak kimi işıq da saçır
Sevgidə xeyir, bərəkət də var
Həyat yollarında çiçəklər açır

Sevgisiz biri ilə yaşasa insan
Ömür xəzəl olub quruyar inan
Dərindən ah çəkib yıxılar bir gün
Qoca palıd kimi sevgisiz insan



0 şərh