Əyyub Məmmədov - "İllər də aşiqtək sevişə bilir"

İllər də darıxır bir-biri üçün
Rəqəmlər artdıqca uzaq düşürlər
Hər ötən ildəki o xatirələr,
Uzaq tarixlərdə solub, ölürlər.

Sən sanma  ötənlər səni yandırır
Şirin nağılların keçmişdə qalır
Bir  ildə baş vermiş bədbəxt hadisə,
Daim o ildə kədər saxlayır.

 

İllər  də aşiqtək sevişə bilir
İnciyib yenə də barışa bilir
Bir canlı kimi gözlər  önündə,
Tərpənib, yeriyib, danışa bilir

 

Bəzən illəri vurub, döyürük
Nədir ki, bir acı xatirəsi var
Elə il var ki, hey  öyünürük
Çünki o ilin xoş tarixi var

 

İllər də fərz elə insan kimidir
Onun da xeyirli, xeyirsizi var
İllər də adamtək ya xoşbəxt olur,
Ya da talesiz, bir bədbəxt olur.


Jurnalist, şair Əyyub Məmmədovun şeiri
 

0 şərh