Şəhriyar

Bir dahi uyuyur qonşu torpaqda
Adı Şəhriyardı, özü dəryadır
Sözü, kəlməsi dürri-yektadır
Amalı türk olan bir bəxtiyardır
 
Bir görmək istədi öz millətini
Çəkdi daxilində acı zilləti
Qəlbi bu eşqlə hey çırpınırdı
Gözündə qor kimi şimşək çaxırdı
 
Yanıb odlanırdı sözdə, sətirdə
Bir xalq, dövlət, torpaq üstündə
Vahid birliklə, ulu vəhdətlə
Şamtək əriyirdi şeir, qəzəldə
 
Azadlıq məlhəmin çəkib yaraya
Vətən nisgilinə dərman edirdi
O taylı-bu taylı doğma elinə,
Ürəyi qubarlı salam deyirdi.
 
Heydərbaba onsuz qalıb gileyli
Öz elində olub indi yadelli
Sarıbaba düşüb xeyli aralı
Səsi gəlmir qəlbi olub yaralı
 
Neçə əsər yazılıbdır şəninə
Mahnı qoşub, söz deyiblər şeirinə
Adı düşmür cavan, qoca dilindən
Öyrənirlər daim onu dərindən


Əyyub Məmmədov

0 şərh