İt hürən tərəf

Kim deyir bu həyat nağıl kimidi?
Gözləmə göylərdən üç almaları.
Bir ağac buraxıb göylərdən endik.
Amma bəxtimizə düşür daşları.

Dəcəllik eylədim uşaqlar kimi:
Kiçik həyatımda Cırtdan olmuşam.
Yan aldım, eşidib itin səsini.
Orda da rast gəldim mən div-qardaşa.

Bu Div hiyləgərdi, Div axmaq deyil.
Üstəlik həyətdə qəzəbli it var.
Dedim ki «su içim», istədim xəlbir.
Gülərək, dedi ki «nağıl danışma».

Dərindən qəhqəhə çəkərək bu Div
Söylədi: «Guya ki, kiçik uşaqlar
İşıqlı tərəfə olublar qərib,
Divi aldadaraq, ordan qaçıblar.

Nağılı bilirlər hamı əzbərə.
Cırtdan da olubdur qəhrəman-uşaq.
İndi hamı gəlir itin səsinə.
İşıqda div yoxdu — mən uydurmuşam.»

İndi gözləyirəm — naharam divə.
Nə yaman aldatdı nağıllar bizi.
Bəlkə heç ağac da yox imiş göydə,
Almasız qovublar o nənəmizi?


Cavidan Hacıyev

0 şərh