Şairlər aparmaz dünyayla qərəz

Şairlər aparmaz dünyayla qərəz:
Çoxunu görməyib, azından dinə
Havalı aşıq da təsanə gəzməz -
Sim özü ağlayar sazın dərdinə.
 
Deyirlər, bu eşq var- bağçadı, bağdı.
Tikanı qabadır, gülü şıltaqdır.
Deyinmə, bülbülün səsi qaçaqdır:
Çiçəyi bağçada həzin dər- dinər.
 
Yaz gəlir, açılır güllər, çiçəklər.
Utanlb, qızarır tazə ləçəklər.
Qışdan can qurtarıb, ey sevincəklər,
Heç soran olubmu yazın dərdi nə?
 
Nə aşığ deyiləm, nə də ki şair.
Nə sazım ağlayır, nə pərim gəlir 
Dünyada nə qədər dərd varsa bir-bir,
Eybi yox, dözərəm, yazın dərdimə

Cavidan Hacıyev
 

0 şərh