Biz tərəfləri



Qazaxa gedərik səninlə bir gün:
Sənə də göstərim biz tərəfləri.
Şeirlə danışar insanlar, gülüm,
Görçək Dəli Kürün söz tərəflərin.
 
Kür burda bölünüb, haçalanıbdır.
Göy azan eşidib, savab alıbdır.
Ay gözəl, aşıqlar havalanıbdır:
Duyursan Qazaxın saz tərəflərin?
 
Təsanə dərd oxur- sim simə təndir.
Kiminin saçına həsrəti dəndir.
Sərhəddin o yanı yenə Vətəndir:
İndi qürbət olub biz tərəfləri.
 
Ayrılıq həsrətə döz dağı oldu:
Ağı dağı oldu, söz dağı oldu.
İgidlər düşmənə göz dağı oldu:
Vətəndə qürurla gəz tərəfləri.

Sular cuşa gəlir, sular kürləyib.
Göylərdən buraya Göyəzən gəlib.
Gəz, dolan dünyanı, dədələr deyib: 
Öləndə insana öz tərəfləri

Cavidan Hacıyev
 

0 şərh