Söz!..

Bu da yeni həyat...yeni başlanğıc...
Yeni yol çizirəm...artıq tək...sənsiz...
Arzusuz...xəyalsız...boş ümidsiz...
Bilinməzlərlə...sirrlərlə dolu...tam fərqli yolun başındayam...
Bundan sonra varlığını hiss etmədən yaşayacağam...
Tək başıma...sən olmadan...
Sənə güvənmədən irəliyə baxacağam...
Bundan sonra yalnız yürüyəcəyəm...
Sənə arxayın olmadan...etibar etmədən addımlayacağam...
Bəzən büdrəyəcəyəm..bəzən yıxılacağam, amma...qalxacağam...söz!
Dimdik duracağam...yenilməyəcəyəm...
Gah udub...gah da udazacağam...amma...esla təslim olmayacağam...söz!
Unudacağam...siləcəyəm...sökəcəyəm ürəyimdən...
Lazım gəldikdə, daş basacağam...zülm edecəyəm, amma...bacaracağam...söz!
Elə zənn edirəm ki, çox ağır xəstəliyə tutulmuşdum...
Bu xəstəlyin verdiyi ağrı sümüklərimi belə sızladırdı...
Ruhumu alıb, cismimi parçalayırdı...
Taqətimi tükədib, ölümə sürükləyirdi...
Amma...heç bir ağrı acı öldürücü deyil...
Əlacı var...dərmanı var...tükənməz çarələr...ümidlər var...
Sağalacağam...elə özümə inad ölməyəcəyəm...yaşayacağam...söz!
Yeni göz açmışammış kimi dünyaya...hər şeyi sıfırdan başlayacağam...
Həyat kitabını ilk səhifəsindən açacağam...
Özümü tapıncaya qədər...yerimi agah edincəyə qədər...
Səbirlə...tələsmədən...aramla...vərəqləyəcəyəm...
Heç kəsi dinləmədən...heç kəsin ağlına uymadan...
Sözbəsöz...cümləbəcümlə...təhlil edərək...çözərək...qavrayaraq...oxuyacağam...
Hər əsərin xoş sonluqla bitmədiyini anlayaraq...elə başdan hazırlıqlı olacağam...
Hazırlıqlı olacağam... yaxşılıqlara...nadanlıqlara...
Edilə bilən pisliklərə...vurula bilən zərbələrə...
Xəyanətlərə...yalanlara...saxtakarlıqlara...
Daha möhkəm...daha sərt...daha dözümlü olacağam...söz!...
Aldanmaram...dildə olan sevgi etiraflarına...boş,mənasız eşq kəlimələrinə...
Tənhalıq qorxusundan qul olmaram artıq hisslərimə...
Heç kəs üçün axıtmaram bir daha göz yaşlarımı...
Əymərəm başımı...bükmərəm belimi...acizləşmərəm...
Olmaram sevgimin köləsi...xəyallarımın əsiri...
Bundan sonra asand yenilmərəm həyat sınaqlarına...tale oyunlarına
Hər şeyi..hər kəsi reallıqlarıyla...olduqları kimi qebul edib...
Gerçəklərin gözünə dik baxacağam bundan sonra...
Yeni həyat yolumda...yeni mənlə...yalnız doğrularla yaşayacağam...
İz qoyduğun hər yeri talan...hər şeyi məhv edəcəyəm...
Sən olmayan hər məkanı məskən...hər yolu yolum sayacağam...
Sənli olan hər şeyi uzaq...səni xatırladacaq olanları yox edəcəyəm...
Kənar edəcəyəm mənliyimdən...
Siləcəyəm səni məndən...təmizlənəcəyəm...paklaşacağam...
Söz verirəm...bacaracağam!!!

 

2 şərh

libre-amor
Cox beyendim bunu, qeleme kim alibsa, cox mubariz insandir… Dogrudan da SOZ!.. deyib heyatimiza bawlasaq heyatda yawamigin menasi olar… Agilla duwunub, meqsedimize yetek… Tewekkurler yazi ucun… Icazenizle yazini copy ederdim...
soni_memmedzade
çox bəyənilən şeyirdir