Ölsün birdəfəlik bu adətiniz | Nəriman Həsənzadə

Toyda oynadılar,ürək açdılar,
Sonra gecəyarı dağılışdılar.
Yolda gileyləndi biri əlbəəl;

-Qız çörək yeyirdi.
-Mən ölüm?
-Sən öl!
-Oğlanı görmüşdüm neçə il əvvəl,-
Gəzənin biriydi.
-Mən ölüm?
-Sən öl!
-Onlar evlənsə də yaşayan deyil.Qız on yaş böyükdü.
-Mən ölüm?
-Sən öl!

Ölməyin,ölməyin,yazıqsınınz siz,
Ölsün birdəfəlik bu adətiniz.

3 şərh

SHATENKA407
catmadi mene bu sheir…
ORIGINAL
Yəni,başqalarının qüsurlarını kənarda başqasıyla şişirdilmiş şəkildə müzakirə etməkdənsə,öz qüsurlarınla məşğul olsan yaxşıdı…
Shabnam_Ilham
Dogurdan da cox gozel seirdi, ellerinize sagliq ilk novbede… insanlarin oz qusurlarini gormeden basqalarina ser atmalari cox acinacaqlidi… guya adetlerimize gore olmaz bu, her sey muasirlesse de, bu dusunceler hele de muasirlesmeyib… nece deyerler zaman deyisib, amma insanlar ele heminki kimi qalib…