Ana | Cəfər Cabbarlı

Əgər bütün bəşəriyyət əddüvi-canım ola
Ürək süqut etməz aldıği mətanətdən.
Ricavü xəfvə məkan vermərəm gər alimlər
Min il də vəz edələr dəhşəti-qiyamətdən.


Pələnglər tuta dövrüm,çəkinmərəm əsla,
Və ya ki,vəd edələr dövləti-cahani mənə
Ki,bir kəsə baş əyib iczimi bəyan eyləyim,
Əyilmərəm nə ki yer,versələr cahani mənə.


Yanimda gər dura cəllad əlində şəmşiri,
Ölüm gucuylə mənə hökm edə-olum təslim,
Əyilmərəm yenə haşa!Ölüm nədi ki,onun
Gücüylə xalqa haqiranə eyləyim təzim?!


Cahanda yox elə qüvvə baş əyim ona mən,
Fəqət nə  güclü,zəif bir vücud var,yahu,
Ki haziram yixilib xaki-payinə hər gün
Öpüm ayağini icz ilə.Nədir o?Kimdir o?


Ana!Ana!..O adin qarşisinda bir qul tək
Həmişə səcdədə olmaq mənə fəxarətdir,
Onun əliylə bəla bəhrinə yuvarlansam
Yenə xəyal edərəm bəzmi-istirahətdir.


Əs,ey külək,bağir,ey bəhri-biaman,ləpələn!
Atil cahana sən,ey ildirim,aliş,parla!!
Gurulda taqi-səmavi,gurulda ,çatla,dağil!
Sən,ey günəs,yağişin yağdir,ey bulud ağla!


Bunlar mənə əsər eylərmi?Mütləqa yox!Yox!
Fəqət ana!O müqəddəs adin qabağinda-
O pak bağrina bassin məni,desin lay-lay,
Təbəssum oynadaraq titrəyən dodağina.


Bütün vücud əsər,ruhum eyləyər pərvaz.
Uçar səmalara o,aləmi-xəyalətdə.
Yatar,ölər bədənim,nitqdən düşər bir soz:
-Ana...Ana...Sənə mən rahibəm itaətdə!..


Cəfər Cabbarlı

0 şərh