Nə var?.. / Firudin Ədalət


Dünyanı dərk edib, duymaq çətindir,
Dünyanın işini yozmağa nə var?
Həyatdan zövq alıb doymaq çətindir,
Həyatı zay edib pozmağa nə var?


Dostluqda, mərdlikdə dayanmaq gərək,
Düşmən hiyləsindən qorunmaq gərək.
Qurdu qurd gözündən tanımaq gərək,
Tülkünü, çaqqalı görməyə nə var?


Çətinliyə düşən küsmə dünyadan,
əlini bir yolluq üzmə dünyadan,
əl çəkmə dünyadan, bezmə dünyadan,
"Dünya beşgünlükdür" deməyə nə var?


Azad vətənimdə azad bir quşam
Mən hələ nə görüb, nə yaşamışam?
Vətəni özümə ana sanmışam
Ədalət- vətənçün ölməyə nə var?

10 şərh

LaLə

sözün əsl mənasında gözəldi, əladı. tam indi yaşadığımız dövrə aiddir.


Çətinliyə düşən küsmə dünyadan,


əlini bir yolluq üzmə dünyadan,


əl çəkmə dünyadan, bezmə dünyadan,

«Dünya beşgünlükdür» deməyə nə var?- bu hissəsi lap xoşuma gəldi


 


 

Xrizoberil
Elə mənim də o hissəsi çox xoşuma gəlir, yerində yazılıb )))))
ayxansevda
müəllifini də qeyd etsəydiniz yaxşı olardı
Xrizoberil
neyin müəllifini?
ayxansevda
ŞEİRİN MÜƏLLİFİ ŞAİRİN ADINI
Xrizoberil
qeyd etmişəm axı… Firudin Ədalət
ayxansevda
üzr istəyirəm postun adı gözümdən qaçıb şeir çox maraqlı və düşündürücüdür hətta facebookda da paylaşdım adətən müəllifi sonda qeyd edirik burda əvvəldə qeyd olunub görməmişəm :)
Xrizoberil
)) olan işdir. burda elə qeyd edirdilər deyə mən də elə qeyd etdim. beyəndiyinizə sevindim.
ira
gozel  weyirdi beyendim 

Dünyanı dərk edib, duymaq çətindir, 
Dünyanın işini yozmağa nə var? 
Həyatdan zövq alıb doymaq çətindir, 
Həyatı zay edib pozmağa nə var?
Xrizoberil
Təşəkkürlər ))