Çıxardın əynimdən bu adamları

Qəzəbim özümə ar gəlir mənim,
Mən dağam, zirvəmə qar gəlir mənim,
Adamlar əynimə dar gəlir mənim,
Çıxardın əynimdən bu adamları...


Bilənlər olanı danışmır mənə,
Qarışır, guya ki, qarışmır mənə,
Adamlar qətiyyən yaraşmır mənə,
Çıxardın əynimdən bu adamları...
çıxardın əynimdən bu adamları

Lal olsan laldılar, karsan kardılar,
Fikrimin önündə bir hasardılar,
Bunlar nə yapışqan adamlardılar?
Çıxardın əynimdən bu adamları...


Nə susmaq, nə dinmək istəyirəm mən,
Ahıma isinmək istəyirəm mən,
Özümü geyinmək istəyirəm mən,
Çıxardın əynimdən bu adamları

Müəllif: Qismət Rüstəmov
 

6 şərh

Ferbara

Orijinal adı məni şeri oxumağa vadar etdi. Əla.

MaksiMuS
Bəyənməmək əldə deyil..Bəyənilsin
kentavr
Bilirsiniz necə ürəyimcədir?Ürəyinizə sağlıq,hörmətli müəllif!