Dünyadan | Bəhmən Vətənoğlu

Bir-birimizdən küsmək nə lazım,
Yaxşılıq yaxşıdı, pislik nə lazım.

Bunu demədimi atalar bizə,
Gələr bəd əməldən xətalar bizə!

Qoysan bu dünyada yaxşı əməllər,
Ruhuna min rəhmət söyləyər ellər.

Bəhmən, nə qazandıq hədər dünyadan?
Hərə bir dərd ilə gedər dünyadan!


Niyə dağıdırsan, niyə ay insan,
Axı dünyanı sən yaratmamısan!

Səhv dedim, insandan törəsən də sən,
Əməlinə görə insan deyilsən.

Verib alim, şair, ədib bu dünya?!
Udmağa havanı bu verib sənə,
Susuz yaşayammazdın, su verib sənə!
Sənə qida verib min-min neməti,
Yoxsa danırsanmı bu həqiqəti!?

Xəyala dalmısan gözəlliyindən,

Öpüb ayağını səhərin şehi,

Darayıb saçını sabahın mehi!

Qarşında bənövşə boynu bükülü,

Oxşayıb gözünü çiçəyi, gülü.

Suları səslənib aylı gecələr,

Qəlbini oxşayıb xoş düşüncələr.

Sən tifil, bu isə ana dünyadı,

Niyə dağıdırsan, niyə ay insan,

Axı dünyanı sən yaratmamısan.

1 şərh

umud600
Sənin bəhrən, yiyən kimdi?
Kiminkisən yiyən kimdi?
Sənə doğru diyən kimdi?
Yalan dünya yalan dünya…