Biz mehriban ailəyik!

Mehribanlıq səadətdir,
Mehribanlıq səadətdir,
Səadəti yaşadağın.
Ömrün şövqü məhəbbətdir,
Ömrün şövqü məhəbbətdir,
Məhəbbəti yaşadağın.

Üstümüzdən keçdi külək,
Üstümüzdən keçdi külək ,
Şən zarafat,şirin kələk.
Biz mehriban ailəyik,
Biz merhriban ailəyik,
Gəlin dostlar,deyək -gülək.

Hər bir evə nur yağdıran,
Hər bir evə nur yağdıran,
Mehribanlıq işığıdır.
Məhəbbətlə yanan çıraq,
Məhəbbətlə yanan çıraq,
Ürəklərdə işıqlıdır.
Ürəklərin işığıdır.

 

6 şərh

bahar
Videoya görə təşəkkürlər.
Gülnar

Üstümüzdən keçdi külək, üstümüzdən keçdi külək


Şən zarafat,şirin kələk.


Biz mehriban ailəyik, biz merhriban ailəyik,


Gəlin dostlar,deyək -gülək.


Məktəbin KVN qrupu bizim sinif idi, bu mahnı isə bizim hər çıxışın sonundakı mahnımız..nostalgiya :)

umud600
Nəsibə xanım başda olmaqla dünyasını dəyişən sənətçilərimizin ruhları şad olsun. Amin!
Kinosunas
Unudulmaz filmin unudulmaz ifası...Biz də səhnəciklərdə bu mahnıdan istifadə edirdik.Kayzen, mehriban olaq.Təşəkkürlər
bahar
Bu film heç vaxt dəbdən düşməyəcək bir filmdi.
pascal
Sabah-sabah bu mahnı xoş təsir bağışlmaya bilməz. Qulaq asdım, əhvalıma yaxşı təsir etdi. Təşəkkür.
Onu da deyim ki, mahnının sözləri Fikrət Qocaya, musiqisi (çoxunuzun da bildiyi kimi) Tofiq Quliyevə məxsusdur.