Kaş ki, uşaq olum yenə...

Kaş ki, uşaq olum yenə...
O ən şirin anlarımı yaşayım mən sənlə bir də.
Bəzən qorxub, ağlayaraq atılım tez qucağına,
Bir təsəlli axtararaq, sarılım mən qollarına.

Layla desin anam mənə...
Layla desin, bu balaca körpəsinə.
Nəfəs alım onun isti nəfəsiylə,
Qoy yuxuya gedim yenə, onun kövrək nəğməsiylə.

Yenə yatım onun isti qucağında,
Bir mələklər dünyasında.
Qucaqlayıb, asta desin- "mənim şirin, Fidan balam,
Nə yaxşı ki, bu dünyada, sənlə birgə mən də varam".

 

Müəllif mən- Fidan Yusupova.

10 şərh

Aysel218
her yasin oz gozelliyi var...yeterki o zamani bosh kecirmeyesen :)
Fianda
Aysel,tebii ki hər yaş gözəldi, lakin böyüyüb, ananı itirəndə, anaya qovuşmanın tək yolu uşaqlıq illərini arzulamaqdır,mənim kimi.
Aysel218
Fianda tebiiki haqlisan...bagisla deyesen biraz qelbine toxundum ..bilmirdim
kentavr
Fianda xanım,Allah ananıza rəhmət eləsin,qəbri nurla dolsun.

Hər çiçəyin öz ətri,hər gülün öz rəngi var.
Hər qəlbin öz istəyi,öz sözü ahəngi var.
Hər insan öz ömrünə dost seçir,həmdəm seçir,
Mənimsə ürəyimdən qəmli bir nisgil keçir, 
Yadıma sən düşürsən!
Fianda
kentavr təşəkkür. Aysel, Allah bağışlasın.
Rene
Şeri bəyəndim, hisslərinizi sadə, ürəyəyatan tərzdə ifadə eləmisiniz. Allah ananıza rəhmət eləsin, məkanı Cənnət olsun…
Fianda
təşəkkür Rene.ürəyimnən gələnləri yazmışam.
SABINA ZZ
Allah ananizin mekanini cennet etsin.Emin olun o da  sizinle fexr edir.Siz ki onun xatiresine bu qeder sadiqsiniz,o sizinle hemise fexr edecek.Allah basqa itkiler cixarmasin qarsiniza.seiri cox beyendim.Tesekkur edirem!
MaksiMuS
Fianda Allahdan Ananıza rəhmət, sənə və əzizlərinə səbr diləyirəm. Arzu edirəm səni birdə sevdiklərivin vaxtsız ölümü ilə sınamasın Tanrı.
Başda öz Anam olmaqla bütün ANALARIN qarşısında baş əyirəm. Bizim ömrümüzdən kəsib onlara versin.Amin.
Fianda
təşəkkür edirəm hamiya, sabina zz, maksimus. Allah cəmi ölənlərə rəhmət etsin.sayənizdə mənim anam da rəhmət qazandı.tşk. Allah sizləri və əzizlərinizi qorusun. Amin