Öyrəniş

Həyat nədir?-sual verdim özümə
Mənasını çiçəklərdən öyrəndim.
Yaşadiqca çarpışmyı, sevməyi,
Qəlbimdəki diləklərdən öyrəndim.

Bir yay aldım çıxmaq üçün şikara,
Tuş gəldim bir ahu gözlü nigara.
Nişan alıb ox atmağı nə çarə?
Daş ürəkli mələklərdən öyrəndim.
 
 
Mikayıl Müşviq
Sular kimi köpüklənib daşmağı,
Ellər kimi uca dağlar aşmağı,
Min bir əməl arxasınca qoşmağı
Dürlü-dürlü ürəklərdən öyrəndim.
 
 
Xəbər olsun hər tazəyə hər gəncə,
İnsan cocuk, həyat ona əyləncə...
Mən gurultu qoparmağı ilk öncə
Alov gözlü şimşəklərdən öyrəndim.
 
 
Həyat nədir? Ölüm nədir?-boş sual.
Sevda nədir? Hicran nədir?-bir xəyal.
Mən bunların əsasını iştə al:
Həp çəkdiyim əməklərdən öyrəndim!
 
(M.Müşviq)
 

1 şərh

Aysel218
Bu şairi çox bəyənirəm