Türkün türklə ədavətə haqqı yox !!!

Yad əlində taptanırkən şərəf, şan,
Türkün türklə ədavətə haqqı yox!
Hər işimiz başlanırkən sıfırdan,
Türkün türklə ədavətə haqqı yox!

Dayaq olsun bu gün gərək sol sağa,
Bu vəhdətdən yurdumuza gün doğa.
Bütün millət dönməliykən yumruğa
Türkün türklə ədavətə haqqı yox!


Tarix bizi imtahana çəkirkən,
İmdad umur hamımızdan bu Vətən
Dünya da haqq səsimizə kar ikən                                                                               
Türkün türklə ədavətə haqqı yox!


Sındırıldı dəyirmanda parimiz,
Əsir oldu divə bizim Pərimiz
Dağılırkən ocağımız, pirimiz,
Türkün türklə ədavətə haqqı yox!


Nə çox imiş bu torpağa göz dikən,
Baxa-baxa gözümüzə mil çəkən.
Düşmənimiz dostumuzdan çox ikən
Türkün türklə ədavətə haqqı yox!


Sinəsini yarmalıyıq zülmətin,
Bu məqsədə getdiyimiz yol çətin!
Hər gün neçə şəhid verən millətin,
Bir-birilə əavətə haqqı yox!


(B.Vahabzadə)
 

0 şərh