Nə dost ola bildik, nə də segili...

Azacıq bir ümid vermədin mənə,
Dedim, qoy xoş günlər yaşadım sənə,
Nə sirdaş olmadın, nə də yar mənə,
Nə dost ola bildik, nə də sevgili.

Əlindən tutmaq da mənə bəs idi,
Sevmədin, bilmədin sevgi qədrini,
Sevmək sənin üçün bir həvəs idi,
Nə dost ola bildik, nə də sevgili.

Məhəbbət nədirmi, heç bilirsənmi?
Əzab çəkirsənmi, heç ölürsənmi?
Axır ki, ayrıldıq bax görürsənmi?
Nə dost ola bildik, nə də sevgili.

İndi yad ellərdə məskən salmışıq,
Xəbərsiz, ötərsiz, səssiz qalmışıq,
Sanki bir-birimizi tanımamışıq,
Nə dost ola bildik, nə də sevgili..

Mən ki, səhv demədim söylədim düzün,
Heçvaxt dinləmədin, Rusifin sözün,
Elə bu səbəbdən ay canım, gözüm,
Nə dost ola bildik, nə də sevgili...
 
 
 
 
 
 
 
 
 
 
 
 


Müəllif: Rusif Hüseynov
 

1 şərh

aysel95
indi yad ellerde mesken salmiwiq
xebersiz,otersiz,sessiz qalmiwiq :(((