Рейтинг
+94.62

Poeziya

101 üzv, 438 topik

Səməd Vurğun- "Ceyran"

Səməd Vurğun-Ceyran

 

(“Muğan” poemasından)

 

De, yolun düşdümü Muğan düzünə?
Piyada gəzdinmi çölləri sən də’?
Söz qoşub ceyranın qara gözünə,
Dincini aldınmı bir göy çəməndə?

Yerdən ayağını quş kimi üzüb,
Yay kimi dartınıb, ox kimi süzüb,
Yenə öz sürünü nizamla düzüb,
Baş alıb gedirsən hayana, ceyran?


Ardı →

Şeir yazma | Bukovski

Tibetə getCharles Bukowski
Dəvəyə min
Incil oxu
Ayaqqabılarını maviyə boya
Saqqal saxla
Kağız bir qayıqla gəz dünyanı
“the saturday evening post”a abunə ol
yeməyi ağzının sol tərəfində çeynə
tək ayaqlı bir qadınla evlən
küt ülgüclə təraş ol
və qadının qoluna adını döydür
benzinlə fırçala dişlərini
bütün günü yat və gecə ağaclara dırmaş
keşiş ol
viskini pivəylə iç
başını suyun altında saxla
və skripka çal
Ardı →

Ey vay anam! | Məhəmməd Hüseyn Şəhriyar

Ölmüşsə də bu evə yenə gəlib gedir o
Yenə ayrıla bilmir yenə xidmət edir o
O bizim ömrümüzün hər anında yaşayır
O yenı paltar yuyur yenı odun daşıyır
Ölümündən sonra da özü görür hər işi
Anam!Biçarə anam!Evimizin Günəşi
Xeyr!Ölməyibdir o!Eşidirəm səsini
Üşüyənə duyuram yenə od nəfəsini
O atamın yanında torpağa basdırıldı
Gəli qohum əqraba başsağlığı verdilər
Dodaqlarda cümlələr kəlmə-kəlmə qırıldı
Göz yaşına qarışdı təsəllilər,ümidlər
Nə qədər ki mən sağam anam da sağdır mənim
Səsimdə, nəfəsimdə yaşayacaqdır mənim
Yaşayacaq qəmimdə,pərişan gülüşümdə
Heç ölərmi söyləyin,sual verin cahana
Şəhriyarı yetirən şir ürəkli bir ana?!
O sevgidən yoğrulmuş yanar qaynar bir ürək
Hara getsəm köksümdə mənimlə bir gedəcək
Davamı →

"Sözdən - sözə" Seymur Salamov

Bir gün dostum Seymurgilə getmişdim. Şer yazdığını çoxdan bilirdim, bəzilərini də mənim üçün oxumuşdu. ondan bir neçə şeirini verməyi xahiş etdim ki, kayzenə yerləşdirim. Sözümü yerə salmadı. Çünki söz əhli üçün «söz vermək» «söz yerə salmamaq» ağır mövzulardı. Çünki onlar sözün qədrini bilirlər. Şeirlərdən bir neçəsini yerləşdirirəm əgər bəyənsəniz silsilə şəklində yerləşdirə bilərəm. Onu da qeyd edim ki, Bu şeirlər başqa heç yerdə yoxdu yəni Eksklüzivdi. Kitabın özü də hələ çıxmayıb.


Ardı →

Hava haqqında... - Baba Vəziroğlu


Havadan danışır bir gözəl xanım.
“Yağış yağacaqdır, qar yağacaqdır.
Gah günəş çıxacaq, gah ay doğacaq,
Havalar tutulub, açılacaqdır”.

Mənim Günəşim də, Ayım da sənsən.
Onu sinoptiklər nə bilir axı?
Sən bir az qıyqacı baxanda mənə
Mənim gözlərimdə ildırım çaxır.

Bir güllü-çiçəkli bahar günündə
Soyuq baxışınla qış gəlir sənin.
Mənim taleyimə yağışlar yağır,
Elə ki, gözünə yaş gəlir sənin.

Ardı →

Aşka sürgün

Niyə ağlayırsan başına dönüm?
Bəsdir qurtaraq da bu ağlamağı....
Ağlama, öldürmə qoy rahat ölüm,
Ağlayıb öldürmə ölümqabağı...

Ağlama, elə bil kitabxanada,-
Könlünü sən mənə açmamısan heç.
Ağlama, fərz elə dərs olanda da,
Mənimlə bufetə qaçmamısan heç.


Ardı →