Рейтинг
+94.62

Poeziya

101 üzv, 438 topik

Şirin - Nizami Gəncəvinin Xosrov və Şirin poemasının qadın personajı

Nizami Gəncəvi ilk feministlərdəndir. Doğrudur, bu anlayış hal-hazırda öz məcrasından elə çıxıb ki, böyük zəka sahibini belə adlandırmaq bəlkə də münasib görünmür. Amma dövrünə görə Nizami Gəncəvinin yaratdığı qadın obrazları o qədər özgür və rahatdırlar ki, yazıçının qadının varlığına, düşüncə tərzinə və fikirlərinə olan münasibət o qədər demokratik və ucadır ki, onu başqa cür adlandıra bilmirsən.

Davamı →

Vahidsayağı

Bəndəni şad elə Rəbb: Vahidi biz yad elərik.
Dövrani-qəmə düşüb, Xudadan imdad elərik.

Biz kimik? — Əhli-fəna, zövq alarıq zinalardan.
Qiyamda zəhr içərik, qətran ilə dad elərik.

Əxlaq ki dəbdə deyil, eyləyərik işrəti biz.
Xudaya bağışlamaz — tazə büt icad elərik.

Qola altun taxalı, cəvahirə sitayişik.
Zərə qul ruhumuzu bəs nə vaxt azad elərik?

Cavidan Hacıyev
Davamı →

Giyom Apolliner - Şair, tənqidçi, jurnalist...

1880-ci il avqustun 31-də bir naməlum qadın iki nəfər şahidin müşayiətilə Roma polis idarəsinə gəlib, küçədən təzəcə doğulmuş körpə tapdıqları barədə ərizə yazdılar. Qadın bu oğlan uşağını övladlığa götürməyə hazır olduğunu bildirdi. Elə həmin il sentyabr ayının 29-da tapılan körpəni xaç suyuna salıb ad verdilər — Culyemo Alberto Dulçini. Noyabrın 2-də oğlanın doğma anası, Polşanın yoxsullaşmış zadəgan nəslindən olan Angelika Kostrovitskaya peyda oldu. O, övladının qaytarılmasını tələb etdi. Bu zamana qədər qadının harada olduğu, körpənin nə üçün özgə qapısına atıldığı naməlum qaldı. Ananın yazdığı ərizəyə əsasən, uşaq 25 avqust 1880-ci ildə doğulmuşdur. Bu tarix Fransanın böyük şairi, müasir Avropa poeziyasının banisi, görkəmli incəsənət nəzəriyyəçisi Giyom Apolliner təxəllüsü ilə məşhurlaşan Vilhelm-Albert-Vladimir-Aleksandr-Apolliner-Kostrovskinin doğum günü kimi qeyd edilir.

Davamı →

Şairlər aparmaz dünyayla qərəz

Şairlər aparmaz dünyayla qərəz:
Çoxunu görməyib, azından dinə
Havalı aşıq da təsanə gəzməz -
Sim özü ağlayar sazın dərdinə.
 
Deyirlər, bu eşq var- bağçadı, bağdı.
Tikanı qabadır, gülü şıltaqdır.
Deyinmə, bülbülün səsi qaçaqdır:
Çiçəyi bağçada həzin dər- dinər.
 
Yaz gəlir, açılır güllər, çiçəklər.
Utanlb, qızarır tazə ləçəklər.
Qışdan can qurtarıb, ey sevincəklər,
Heç soran olubmu yazın dərdi nə?
 
Nə aşığ deyiləm, nə də ki şair.
Nə sazım ağlayır, nə pərim gəlir 
Dünyada nə qədər dərd varsa bir-bir,
Eybi yox, dözərəm, yazın dərdimə

Cavidan Hacıyev

Davamı →

İlqar Fəhmi və postmodernizm

 Müstəqillik dövründə yaranan postmodern nəsr sahəsində İlqar Fəhminin yaradıcılığını xüsusi vurğulamaq lazımdır. Yazarın xüsusilə "İlk sui-qəsd" (Çənlibel tülküsü — 1-ci kitab -2005), «Qarğa yuvası» (Çənlibel tülküsü — 2-ci kitab — 2006), «Kölgədə əqrəb» (Çənlibel tülküsü — 3-cü kitab — 2007)  romanları bu kontekstdən son dərəcə əhəmiyyətlidir.
"İlk sui-qəsd" (Çənlibel tülküsü — 1-ci kitab)  romanı Keçəl Həmzənin Çənlibel, Koroğlu, dəlilər və gedişatla bağlı düşüncələrini şərh etməklə başlayır. Romana başlayan oxucu bu düşüncələrin ilk öncə Koroğluya, ya da hər hansı dəliyə aid olduğunu düşünsə də, yazar tərs gediş edərək Keçəl Həmzəni səhnəyə çıxarır. Və yeni modeldə, bütün mənfi xüsusiyyətlərdən arındıraraq oxucuya təqdim edir.

Davamı →

Sveyqin hekayəsi

Nəsə danışırdı öz-özünə. Həqiqət olduğu məlum olmayan bəzi şayiələr gəzirdi ortalıqda. Qəribə şeylər idi, gözlənilən vaxt gəlmişdi sanki. Məsihin gəlişi yaxınlaşırdı. Qüdsdən ətraf kəndlərə axışan insanların sayı getdikcə artırdı. Son vaxtlar yaşadıqları qeyri-adi hadisələrdən və bəzi qəribə əlamətlərdən danışırdılar. Bir yerə toplaşanda başlarını aşağı əyib, batıq səslə, «usta» adlandırdıqları adamdan danışırdılar. Getdikləri hər yerdə insanlar onu maraqla dinləyir, qorxaraq da olsa, səmimi inanırdılar. Çünki xilaskarı həsrətlə gözləyən cəmiyyətdəki insanların beynində bu fikir formalaşmışdı: Onun görünməyinin vaxtı çatmışdı artıq. Müqəddəs kitablardakı sözləri xatırlayanlar o xilaskara bir ad qoyur, gözləri ümid dolu baxışlarla parıldayırdı.

Davamı →

Dolub yenə könlüm mənim

Dolub yenə könlüm mənim, 
Dolub yenə dəli kimi.
Dolub, yoxdur bir həmdəmim-
Dəli olsun mənim kimi.
 
Dolub yenə, leysan kimi
Gözümdən yaş axmaq istər.
Düşüb səhrada bir quma
Gözyaşım yaşamaq istər.
 
Səhra neyləyir ki suyu?
Səhra əzəldən qurudur.
Bəlkə təsəlli duyduğu -
Səfil olmuş Məcnunudur?
 
Eşqsizi yandırar odu -
Səhranın öz səfası var.
Hər səhranın bir Məcnunu,
Hər Məcnunun cəfası var.
 
Dolub yenə dəli könlüm,
Bir ümmandır — olmur yığmaq 
İlahi, nə çətin imiş
Tənha sularda boğulmaq.

Cavidan Hacıyev

Davamı →

Tomas Eliotun poetikası

Tomas Eliotun poetikasına daxil olmaq üçün XX əsr amerikan ədəbiyyatşünaslığının əsas istiqamətlərindən sayılan “Yeni tənqid” (New criticism) məktəbinin nümayəndələrinə, onların söykəndikləri fəlsəfi-estetik sistemlərə, Frensis Herbert Bredlinin idealist fəlsəfəsinə, fransız simvolistləri Jül Laforq və Stefan Mallarmenin bəzi fikirlərinə yığcam şəkildə nəzər salmalıyıq.
Birinci Dünya Müharibəsi ərəfəsində ortaya çıxan “Yeni tənqid” məktəbi anti-pozitivist mövqedən çıxış edirdi. Onlar incəsənətin təbiət qanunları əsasında öyrənilməsinin əleyhinə idilər. Fikirlərini belə əsaslandırırdılar ki, təbiət elmlərində təbiət və insan iki ayrı reallıq kimi götürülür, bu halda şüurlu məqsədi olmayan ruhsuz təbiət araşdırmaçı üçün əsas hədəfdir.

Davamı →

Şaxta Baba

Nə yaman sərt keçdi otuzu gecə,
Soyuqdan üşüdü həyat bu yerdə.
Səssizcə yataqda qısılıb küncə
Nəsə pıçıldayır Fidan gizlində.

Böyük bir qız olub, var altı yaşı.
Ancaq, nağıllara inanır hələ.
Bayram gecəsində səssiz danışır,
O, Şaxta Babadan umur hədiyyə.
Davamı →

Sevgi nəğmələri

Qəndabın «Səni elə sevdim ki!..” şeirlər kitabını əlimə alarkən, indiyədək bu imzaya rast gəlməməyim özümə də qəribə gəldi. Çünki bu imza mənə o qədər də tanış deyildi; adətən şairlər ədəbi prosesdə tanındıqdan sonra kitab çıxarmağı üstün tuturlar. Hər halda müəllifin mətbuatda, saytlarda, ədəbi orqanlarda şeirlərinə rast gəlməmişdim. Kitabında isə özü haqqında əlavə heç bir məlumatın olmaması onun ədəbi prosesdəki fəaliyyətindən məlumat almağa imkan vermirdi. Lakin düşündüm ki, indi ədəbi orqanlar, qəzetlər bolluğunda onun imzasını qaçırmış olaram.

Davamı →