Рейтинг
+94.62

Poeziya

101 üzv, 438 topik

Süpürgəli Nənə.

Hər sübh günəşdən əvvəl, günəş yatarkən hələ,
Çıxırlar küçələrə Süpürgəli Nənələr.
Hər sübh azandan əvvəl, təkcə Tanrı oyaqkən,
Zibildən təmizlənər yuxulamış küçələr.
Təmizlənir sübhçağı- kirlənir axşamadək.
Kirlənsin da, uzağı nənələr süpürəcək.
Davamı →

Soyuq hava, soyuq otaq...


Soyuq hava, soyuq otaq, soyuq insan. qalaq qalaq
Köhnə varaq, bir az əzik. Bir az bezik
həyatından, bir az yorğun, bir az solğun
vazadakı güllər kimi, durğun suda başı uca
olmur durmaq — Çiçək açmaq? — nəyə görə?
Atacaqlar üç-beş günə çiçəkləri dolçalardan.
Gülalan kəs, heç bilirsən o baxdığın çiçək hardan? dolça hardan?
Heç bilirsən bağban gülə veribdir bütün sevgisin?
O gülləri sevgisiylə böyüdüb ki — bir gün kəssin, gülü satsın
Gülalansa üç-beş günə vazadakı gülü atsın.

Soyuq hava, isti otaq, soyuq insan ...vərəqsizdir.
Otaq isti — vərəq tüstü. Yandırdı o vərəqləri,
Yandırdı o çəkdiyi gül rəsimlərin.
Yandırmasa, satacaqdır rəsmləri, olacaqdır bağban kimi
Sevgisiylə yaratdığın, satacaq dəyər-dəyməzə.
Deyirlər ki, dünya belə. Dünya böyük bir hərracdır -
Hərə alır — hərə acdır. Qovhaqovdur, qaçhaqaçdır isti yerlər ucbatından.
Bezikərək həyatından, qaçhaqaçdan geri qalan bəziləri şairləşir,
bəziləri rəssamlaşır — guya ki, həyat saflaşır.

Soyuq hava, isti otaq, soyuq insan rəssamlaşır, şairləşir.
Nəsə yazır gül olmamış vərəqlərə — kül olmamış vərəqlərə.
Nəsə yazıb, cırıb atır pəncərədən, külək qaçır daha iti tez tutaraq bu vərəqi
O qədər vərəq içindən xilas oldu cəmi biri
Bu şeirdə yoxdu sonluq, nə xoşbəxti, nə bədbəxti.
Görən neçə bucür yarım şeirlər var?
Onlarınsa sonluqları sobadakı vərəqlərdə otaqları qızdırırlar.

Darıxmayaq, bir az keçər yer də qızar, içməyə çox qətran olar.
Hələ isə soyuq olaq, qoy buz belə buz bağlasın qəlbimizdə, soyuq qalaq.
Soyuq hava, soyuq otaq, soyuq insan.
Soyuq hava, soyuq otaq...


Cavidan Hacıyev


Davamı →

...

Tale təsadüfdürmü, ya qərəzli qəsddirmi?
Ocağımı söndürüb, saxlamayıb tüstümü.
«Allah, Alah» deyərək, dərddən qaçdıq əzəldən,
Çox köməklər istədim, Tanrı məndən bezdimi?
Daşdan daşa dəyəndə, «bərkiyirsən» dedilər.
Tutmağa əl axtardım, kimsə əlini verdimi?
Tanrıya dua edib, bəxt dilədim özümə -
Əlvan rənglər durarkən, qara verdi bəxtimi.
Səhrasız Məcnun kimi eşqə sərasər oldum.
İndi isə özgəyə «yar» söyləyir sevgilim.
Həyatda məna gəzib, dondum fikirlərimdə,
Nə yaman üşüyürəm — torpaqlayın üstümü

 

Cavidan Hacıyev


Davamı →

Rüstəm Sadiqli-şeirlər

Gənc yazar Rüstəm Rüstəmov da ucqar dağ rayonunda anadan olub. O, 21 dekabr 1995-ci ildə Lerikin Babakücə kəndində doğulub. 2011-2015 -ci illərdə Lənkəran Dövlət Humanitar Kollecində «Təsviri İncəsənət müəllimliyi» ixtisasında oxuyub. Elə həmin illərdə Lənkəran ədəbi mühitində “Sadiqli” təxəllüsü ilə şeirlər yazmağa başlayıb. Tələbəlik illərində «Məşəl» jurnalının xüsusi müxbiri, sonralar isə bədii redaktoru vəzifəsində çalışıb. Dediyinə görə yaradıcılığı ilə bağlı bəzi telelayihələrdə iştirak edib.  2016-2018-ci illərdə müəllim  kimi fəaliyyət də göstərib. Hazırda Bakı Avrasiya Universitetində filologiya ixtisası üzrə ikinci kursda təhsil alır.


Davamı →

Elcan Rəcili-şeirlər

Gənc şair Elcan Rəcili 1 may, 1995-ci ildə ucqar dağ rayonu olan Yardımlının Bürzünbül kəndində doğulub. 2011-ci ildə Bürzünbül kənd orta məktəbinin 10-cu sinfini bitirdikdən sonra elə həmin il Lənkəran Dövlət Humanitar Kollecinə daxil olub. 2015-ci ildə bu orta ixtisas təhsili müəssisəsini bitirdikdən sonra öz ixtisası üzrə peşə fəaliyyəti ilə məşğul olmayıb. Hazırda mebel fabriklərinin birində usta kimi fəaliyyət göstərir. Dediyinə görə ədəbiyyata orta məktəb illərində gəlib.


Davamı →

Yazıçı ölü doğan qadını necə xilas etdi?

14 yanvar 1840-cı il, London.
Merilibon yolu ilə Paddinqton küçəsinin arasında əsasən yoxsulların məskunlaşdığı binada istintaq aparılır. Mülk sahiblərini bu kimi vəziyyətlərdə məhkəmə heyəti vəzifəsini daşımağa razı salmaq öhdəliyi olan Bidl 12 nəfəri toplayıb. Onların çoxu ticarətlə məşğuldur. Amma biri digərlərindən fərqlənir. Yaxşı geyinmiş, yaraşıqlı, qıvrım saçları alnına tökülən gənc adam.
Məsələ, bir uşağın öldürülməsi ilə bağlıdır. Bir qulluqçu qız yeni doğulmuş uşağını öldürməkdə günahlandırılır. Məhkəmə heyətindən biri dərhal qıza qanunun icazə verdiyi ən sərt cəzanın verilməsinin vacib olduğunu deyir.
Proses başlamazdan əvvəl məhkəmə heyəti uşağın cəsədini görmək üçün morqa gedir. Uşaq üstünə ağ mələfə örtülmüş tabutdadır.
Davamı →

Yağış

Pəncərənin o tayında,

Yenə də bulud çağlayır

Bəlkə səma öz hayında,

Bu gecə yenə ağlayır.

.

Yaman tez ağlar payızı

Ərköyün uşaqlar kimi.

Göylərin yoxmu atası?

Onun gözlərin silmirmi?

.

Bu qədər ağlamaq olmaz.

Verin göyə bir təsəlli.

Ağlamaqla dərd azalmaz -

Səma bunları bilmirmi?

.

Nədir səmanın görəsən

Bu payızla ədavəti?

Uca ikən, olub küsən

Uşaqtək ağlamaq nədi?

.

Amma dəymə, ağlasın da.

Kiritməyin o yazığı.

Bəlkə elə səmanın da

Ağlamaqdır ucalığı.

.

Göylər ağlayır hər dərdə.

Səmada nə yalan olar?

Heç olmasa o göylərdə

Ağlamağa cəsarət var.


Cavidan Hacıyev


Davamı →

Şəhriyar

Bir dahi uyuyur qonşu torpaqda
Adı Şəhriyardı, özü dəryadır
Sözü, kəlməsi dürri-yektadır
Amalı türk olan bir bəxtiyardır
 
Bir görmək istədi öz millətini
Çəkdi daxilində acı zilləti
Qəlbi bu eşqlə hey çırpınırdı
Gözündə qor kimi şimşək çaxırdı
Davamı →