Рейтинг
+94.62

Poeziya

100 üzv, 427 topik

Təmsil

Qarışqa tək qaçırdı
Təngənəfəs yol ilə
Görənlər soruşdular:
-hara qaçırsan belə?

Qarışqa tez dayandı
Eşidəntək sualı
Dedi: görməyizsiz
Bu boyda qalmaqalı!

Məhv ediblər bu gecə
Nəhəng fili deyirlər
Eşitmişəm bu işdə
Məndən şübhələnirlər.
Davamı →

Nüsrət Kəsəmənli

Kəsəmənli Nüsrət Yusif oğlu (1946-2003) — şair, publisist, 1977-ci ildən Azərbaycan Yazıçılaır Birliyinin üzvü, respublika Lenin komsomolu mükafatı laureatı (1982).
Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olmuşdur (1966). Universitetin II kursunda ikən «Bakı» və «Baku» qəzetlərində müxbir, ədəbi işçi vəzifələrinə qəbul edildiyinə görə qiyabi şöbəyə keçirilmişdir (1969-cu ildə). Universiteti bitirdikdən sonra Azərbaycan Yazıçılar İttifaqında referent və ədəbi məsləhətçi olmuşdur (1978-1985).

60-cı illərin əvvəllərindən bədii yaradıcılığa başlamışdır. 150-dək şerinə musiqi bəstələnmişdir. «Boş kəndlərin harayı», «Mövzu üzrə improvizasiya», «Ənbizlərin keşiyində», «Sovet Azərbaycanına səyahət» və s. sənədli filmlərin, «Afroditanın qolları», «Qarabağ əhvalatı» bədii filmlərin ssenari müəllifıdir. Moskvada gənc yazıçıların VI,VII Ümumittifaq müşavirələrində iştirak etmişdir.





Davamı →

Məşədibaba

Sənə çox can dedim. ey can,can olub neyləmisən? 
Demə canan özünə, canan olub, neyləmisən? 

Getmisən daima biganəni şad eyləmisən… 
Həsrətinlə ürəyim al-qan olub, neynəmisən?

Demə imkanım olanda səni yad eyləyərəm. 
O qədər fürsət olub, imkan olub, neyləmisən?

Dərmanım olsada səndə, ölərəm istəmərəm,
Səndə hər dərdimə hər dərman olub, neyləmisən?
Davamı →

"Sözdən - sözə" Seymur Salamov

Bir gün dostum Seymurgilə getmişdim. Şer yazdığını çoxdan bilirdim, bəzilərini də mənim üçün oxumuşdu. ondan bir neçə şeirini verməyi xahiş etdim ki, kayzenə yerləşdirim. Sözümü yerə salmadı. Çünki söz əhli üçün «söz vermək» «söz yerə salmamaq» ağır mövzulardı. Çünki onlar sözün qədrini bilirlər. Şeirlərdən bir neçəsini yerləşdirirəm əgər bəyənsəniz silsilə şəklində yerləşdirə bilərəm. Onu da qeyd edim ki, Bu şeirlər başqa heç yerdə yoxdu yəni Eksklüzivdi. Kitabın özü də hələ çıxmayıb.


Ardı →

Yenə o bağ olaydı | Mikayıl Müşfiq

Yenə o bağ olaydı, yenə yığışaraq siz
O bağa köçəydiniz.
Biz də muradımızca fələkdən kam alaydıq,
Sizə qonşu olaydıq.
Yenə o bağ olaydı, səni tez-tez görəydim,
Qələmə söz verəydim.
Hər gün bir yeni nəğmə, hər gün bir yeni ilham,
Yazaydım səhər axşam.
Arzuya bax sevgilim, tellərindən incəmi ?
Söylə ürəyincəmi?


Ardı →

Biri vardı,biri yox..

Olan olub, keçən keçib bəlkə də,
İndi daha kövrəlməyin yeri yox.
Ömrüm boyu belə gəlib mənimki:
Əvvəlindən biri vardı, biri yox.


Uzaqdaydı mən istəyən ocaqlar,
Ürəyimdən gəlib keçdi sazaqlar.
Atalıydı, analıydı uşaqlar
Bizim evdə biri vardı, biri yox.

Gözlərimə doldurmuşam yağışı,
Bir köynəklə çıxarmışam mən qışı.
Şalvar, pencək geyinirdi tay-tuşum
Məndə isə biri vardı, biri yox.


Ardı →