Рейтинг
+94.62

Poeziya

101 üzv, 438 topik

Hava haqqında... - Baba Vəziroğlu


Havadan danışır bir gözəl xanım.
“Yağış yağacaqdır, qar yağacaqdır.
Gah günəş çıxacaq, gah ay doğacaq,
Havalar tutulub, açılacaqdır”.

Mənim Günəşim də, Ayım da sənsən.
Onu sinoptiklər nə bilir axı?
Sən bir az qıyqacı baxanda mənə
Mənim gözlərimdə ildırım çaxır.

Bir güllü-çiçəkli bahar günündə
Soyuq baxışınla qış gəlir sənin.
Mənim taleyimə yağışlar yağır,
Elə ki, gözünə yaş gəlir sənin.

Ardı →

Şəhərin ən qoca fahişəsinə

Görmüsən dünyanın min cür üzünü,
Hansıdı qardaşın, atan, gözəlçə ?
Bir qarın çörəkçün hər gün özünü,
Qucaqdan qucağa atan gözəlçə-
Tulla o qədəhi, saxla gülməyi
Gülmə ağlamağı, ağla gülməyi…
Ardı →

Bağışla


müəllif: Əli Məmmədov, yazılıb 11 yanvar 2012 il, 20:30

Bağışla, görüşə gələ bilmədim,

Sənin ürəyini sevindirmədim.

Doyunca üzünə gülümsəmədim,

İndi sənin üşün çox darıxnışam.
Ardı →

De, necə barışım mən bu zamanla? | Ramiz Təkani

Ədalət şam kimi əriyir, ALLAH
Zor haqqı divara diriyir, ALLAH
Yalan ayaq açıb yeriyir, ALLAH
Bacara bilmirsən doğru-yalanla
De, necə barışım mən bu zamanla...


Mərdlərin başını namərdlər yiyir
Şərə göz vermiyib göz yumur Xeyir
Gədalar özünə şahənşah deyir
Yaxşılar iş görür pislə, yamanla
De, necə barışım mən bu zamanla…


Ardı →

Oyan deyərək

Şair qəlbim səmalarda uçar oldu,
Bəxt ulduzu daim bizdən qaçar oldu,
Durub sordum nələr bitdi nələr oldu,
Susqun ürək dilə gəldi,gözlər doldu.

Dedi:«vətən»,«millət» deyə hayqıranlar
Tapdalayır bu torpağı «can» deyərək
Dönüb baxmır xalqa sarı demokratlar
Oyan xalqım, millətim «oyan» deyərək!


Ardı →

İçindən yıxılır adam | Ramiz Rövşən

Təkcə gücsüzlüyündən
yıxılmır, atam balası,
Arabir gücündən yıxılır adam.
Başını dik tutub gəzdiyi yerdə
içindən yıxılır adam.
İllər boyu neçə dərdə
dözüb dayanır,
Qəfil sevincindən yıxılır adam.

Dünya qaçır ayağının altından – 
yıxılmır,
Bu dünyanın ən dəlisov atından
yıxılmır,
Amma bir kəpənəyin qanadından,
bir otun ucundan yıxılır adam.

…Gülmə hər yıxılana,
atam balası, gülmə, –
Elə bilmə
bu dünyada təkcə gücsüzlüyündən
ya da ki, acından yıxılır adam…


Davamı →

Viktor Hüqo

Ağlamaq üçün gözdən yaşmı axmalı,

Dodaqlar gülərkən insan ağlamazmı?

Sevmək üçün gözələmi baxmalı,

Pis vücudda gözəl ruh,qəlb bağlanmazmı?

Həsrət- bir sevgidən uzaqmı qalmaqdır,

Sevgilin yanindaykən hicran duyulmazmı?

Oğurluq- pul, dövlət, malmı oğurlamaqdır,

Səadat oğurlamaq oğurluq olmazmı?


Ardı →