Рейтинг
+94.62

Poeziya

101 üzv, 438 topik

Qız məktəbində | Hüseyn Cavid

Düzü şeir yarı Türk dilində yazılıb ancaq çox gözəl və mənalı şeirdir oxumağınızı və öz fikirlərinizi bildirməyinizi istərdim.
 — Quzum, yavrum! Adın nədir?
— Gülbahar.
— Pəki, sənin anan, baban varmı?
— Var.
— Nasıl, zənginmidir baban?
— Əvət, zəngin, bəyzadə...
— Öylə isə, geydiyin geyim neçin böylə sadə?
Yoxmu sənin incilərin, altun bilərziklərin?
Söylə, yavrum! Heç sıxılma...
— Var əfəndim, var… lakin
Ardı →

Ömür | Bəxtiyar Vahabzadə

Deyirlər, çox azdır yüz il, əlli il,
İnsana bir ömür kifayət deyil.
Hələ isitməmiş öz yerimizi
Ölüm cəllad olub haqlayır bizi.

Deyirlər, şirindir dadı dünyanın,
Kaş iki olaydı ömrü insanın.
Nola, çalışsaydıq ömrün birində,
Sonra əylənəydik biz digərində.
Ardı →

Küləklər

Həər səhər,hər axşam,hər axşam hər səhər
Çox zaman sərsəri küləklər bixəbər
Bir yaxın dost kimi qapımı döyərlər,
Küləklər,küləklər,bəstəkar küləklər,
Dünyanı dolaşan bəxtiyar küləklər!

Bəziniz qorxulu,bəziniz qorxusuz,
Bəziniz duyğulu,bəziniz duyğusuz,
Bəziniz uyqulu,bəziniz uyqusuz,
Küləklər,küləklər,ey sərin küləklər,
Sizdə var qorxusu hər yerin,küləklər!

Ey çəlğın küləklər,nəşəniz daşarkən,
Bağların şehindən mey sorub coşarkən,
Nalqıran dağları atlayıb aşarkən,
Məni də alınız,uçayım dağlara,
Könlümdə nə varsa,açayım dağlara!

Gurlayın,ilhamım,sənətim gurlasın!
Fırtınam,qasırğam,qüdrətim gurlasın!
Şimşəyim parlasın,zülmətim gurlasın!
Ey məni sərazad bəsləyən küləklər,
Bir dağın başından səsləyən küləklər!

Mikayil Müşfiq
Davamı →

Əlvida dağlar | Məmməd Araz

Bəlkə bu yerlərə bir də gəlmədim,
Duman, salamat qal, dağ, salamat qal.
Dalımca su səpir yoxsa buludlar?
Leysan, salamat qal, yağ, salamat qal!

Qıy vuran qartallar yox oldu çəndə,
Nərgizlər saraldı şehli çəməndə.
Ey qaragöz pəri, dalımca sən də
Boylan, salamat qal, bax, salamat qal!
Ardı →