Рейтинг
+94.62

Poeziya

101 üzv, 438 topik

R. Rza- Mən torpağam

 Mən torpağam, məni atəş yandırmaz; tərkibimdə kömürüm var, 
külüm var. 
Mən baharam çəmən-çəmən
çiçəyim var, gülüm var. 
Mən küləyəm, əsməsəm, 
kim bilər ki, mən varam. 
Mən buludam, səhraları susuz görüb, 
ağlaram. 
Mən ürəyəm, döyünməsəm
ölərəm. 

Ardı →

Səməd Vurğun- "Ceyran"

Səməd Vurğun-Ceyran

 

(“Muğan” poemasından)

 

De, yolun düşdümü Muğan düzünə?
Piyada gəzdinmi çölləri sən də’?
Söz qoşub ceyranın qara gözünə,
Dincini aldınmı bir göy çəməndə?

Yerdən ayağını quş kimi üzüb,
Yay kimi dartınıb, ox kimi süzüb,
Yenə öz sürünü nizamla düzüb,
Baş alıb gedirsən hayana, ceyran?


Ardı →

Sonra deməyək ki, insan olaydım.

Kaş ki bir sənətkar dərzi olaydım, Paltarlar tikərdim dizdən aşağı.

İşimlə keçmişi yada salaydım, Çılpaq görünməzdi qadın ayağı.

Alverçi olaydım, bazara örnək, O vaxt aldatmazdım heç bir insanı.

O biri yalançı alverçilərtək, Mən pula satmazdım təmiz vicdanı.

Mən cərrah olaydım, önümdə xəstə, Edərdim kasıba xüsusi yardım.

Kiçik əməliyyat masası üstə, Çirkli vicdanları kəsib atardım.

Mən bənna olaydım, gedib dərinə, Ölənə tökməzdim qəmgin göz yaşı.

Ölən insanların qəbirlərinə, Tikməzdim mərmərdən parlaq baş daşı.

Müəllim olaydım millət xətrinə, Elmlə savadla düşəydim səsə.

Uç qiymət yazmazdım rüşvət xətrinə, Tələbə adını daşıyan kəsə.

Mən molla olaydım, qılıb namazı, Səhv etsəm deyərdim yolumu azdım.

Çox şey etməsəm də, bilin, ən azı, Quranı pul ilə heç oxumazdım.

Mən bağban olaydım, baxdığım bağa, Ətirli, tikansız güllər əkərdim.

Mən rəsam olaydım bəyaz varağa, Dünyanı büsbütün rəsmin cekerdim

Mən bir süpürgəçi olaydım gərək, Məni cəlb etməzdi təkcə öz dərdim.

Başqa dərdliləri başa düşərək, Dərdli ürəklərdən dərd süpürərdim.

Mən varlı olaydım, axı bir kərə, Bu pulu saymazdım müqəddəs varlıq.

Anasız, atasız, ac yetimlərə, Edərdim daima himayədarlıq.

Mən körpə olaydım, ikinci dəfə, Böyüyb yenidən gəzəydim yerdə.

Bu yaşa dolaydım, ikinci dəfə, Etdiyim səhvləri etməzdim bir də.

Daha bundan belə haqq yolu gedək, Bilinsin yolumuz qoy açıq, aydın.

Vaxtında insanla insanlıq edək, Sonra deməyək ki, insan olaydım.


Başqa saytdan. 

Davamı →

Səbəb axtarma

Neynim otuz illik məhəbbətindən,
Son illər yüz dəfə sən dönə bildin.
Səni yalvarışla qaytarmışdım mən,
Sənsə dönməyinlə öyünə bildin!

Bunlar nə deməkdir ?
Bir düşün sən də.
Ölüb məhəbbətin məhəbbətində

Ardı →

Ürək / B.Vahabzadə


 Ürək odur daim yana, 
 Od püskürə alovlana. 
 Od vermirsə qəlbə, cana 
 Demək o heç ürək deyil. 
 O heç mənə gərək deyil. 

  Əgər ki, sevinib gülmür, 
  Döyüntüsün heç kim bilmir, 
  Çırpıntısı eşidilmir 
  Demək o, heç ürək deyil. 
  O heç mənə gərək deyil. 

  Vətəniyçün lazım gəlsə 
  Polad kimi gərilməsə, 
  Torpağına sərilməsə 
  Demək o heç ürək deyil. 
  O heç mənə gərək deyil. 

  Neyləyirəm o ürəyi- 
  Yox arzusu bir diləyi!? 
  Bacarmırsa o sevməyi 
  Demək o heç ürək deyil. 
  O heç mənə gərək deyil!
Ardı →