Almaniya imperiyasının təşkili

Prussiyada konstitusiya böhranı ilə əlaqədar hökumətin başçısı təyin edilən Otto fon Bismark Almaniyanın birləşdirilməsi üçün əvvəlcə Rusiyanın bu məsələdə bitərəfliyinə nail oldu. Danimarka kralının Şlezviq və Holşteyndə siyasətini kəskin ittiham edən Bismark 1864-cü ildə Prussiyanın Danimarkaya qarşı müharibəsində Avstriya və digər alman dövlətlərinin müttəfiqləri kimi iştirakını təmin etdi. Həmin ərazilər Danimarka krallığından geri alındıqdan sonra onların idarəçiliyi ilə bağlı Avstriya ilə yaranmış mübahisədən bəhanə kimi istifadə edən Prussiya 1866-cı ildə bu dövlətə qarşı müharibəyə başladı. Alman dövlətlərini qarşı-qarşıya qoyan bu müharibəni bəzən “Almaniya-Almaniya”, “40 günlük” müharibələr də adlandırırlar. Müharibədə İtaliya krallığı ilə birlikdə qalib gələn Prussiya Avstriyanı Almaniya İttifaqını tərk etməyə məcbur etdi və 22 alman dövləti ilə birlikdə Şimali Almaniya İttifaqını yaratdı. 1867-ci ildə qüvvəyə minən Konstitusiya Prussiyanın İttifaqda hökmranlığını təsbit edirdi. Prussiyada konstitusiya böhranı 1860– 1862-ci illərdə Prussiyanın nümayəndəli qanunverici orqanı (landtaq) hökumətin hərbi islahatını maliyyələşdirməkdən imtina etdiyi üçün kralla münaqişə yaranmışdı. 1870-ci ilin iyulunda Bismark Fransa imperatoru III Napoleonu müharibəyə təhrik etdi. Prussiya müharibədə digər alman dövlətlərinin hərbi yardımından istifadə edərək qalib gəldi. Cənubi Almaniyanın 4 dövləti Şimali Almaniya İttifaqına daxil olduqdan sonra 1870-ci ilin dekabrında İttifaq Almaniya imperiyası adlandırıldı. 1871-ci il yanvarın 18-də (Prussiyanın 1701-ci ildə krallıq elan edildiyi gün) Versalda Müqəddəs Roma imperiyasının bərpası elan olunsa da, yeni yaradılmış dövlət Almaniya imperiyası və ya II İmperiya (reyx)* adlanırdı.Prussiya kralı, Hohensollerlər sülaləsindən olan I Vilhelm imperator elan edildi. “...Almaniya Prussiyanın liberalizminə deyil, onun qüdrətinə baxır. Qoy, Bavariya, Vürtemberq və Badendə liberalizmə güzəştə getsinlər, lakin heç kim Prussiyanın oynadığı rolu onlara həvalə etməmişdir. Vyana müqavilələrinə – traktatlarına əsasən, Prussiyanın sərhədləri onun sağlam dövlət həyatına yardım etmir; müasir dövrün böyük məsələləri çoxluğun nitqləri və qətnamələri ilə deyil, – bu, 1848 və 1849-cu illərin böyük səhvi idi – dəmir və qanla həll edilir...”
O.Bismarkın landtaqın büdcə komissiyasındakı çıxışından.
30 sentyabr 1862-ci il Almaniya imperiyası XIX əsrin sonu – XX əsrin əvvəllərində. 1871–1890-cı illərdə imperiya hökumətinin başçısı (kansler) olmuş Bismarkın imperiyanın təşəkkül tapmasında böyük xidmətləri danılmazdır. Bismark vahid pul, çəki, ölçü, bank, poçt, məhkəmə qanunvericiliyinin tətbiqi, proteksionist siyasət, fəhlə qanunvericiliyi, katolik kilsəsinin nüfuzunun sarsıdılması, radikal siyasi qüvvələrə qarşı sərt cəza siyasəti və s. tədbirlərlə Almaniyanın güclənməsinə nail oldu. XIX əsrin 80-ci illərində Almaniyada sənaye çevrilişi başa çatdı. Yeni sənaye sahələri yaradıldı. Almaniya sənayesi texniki tərəqqinin yeni nailiyyətləri ilə təchiz olunduğundan bu məhsullar rəqabətdə daha üstün idi.

XX əsrin əvvəllərində Almaniya sənaye inkişafının səviyyəsinə görə yalnız ABŞ-dan geri qalırdı. Bu dövrdə Almaniyada sosial-iqtisadi və inzibati-idarəçilik sahəsində həyata keçirilən islahatlar cəmiyyətdə artan sosial narazılığı qismən aradan qaldıra bildi.

0 şərh