Deportasiya siyasəti erməni identikliyinin təməl prinsipidir

Ermənilər dünyada mövcud olan xalqlar arasında bir çox “xüsusiyyətlərinə” görə “fərqlənən” yeganə toplumdur ki, tolerantlıq, qeyri-erməni millətlərinə qarşı dözümlülük, birgə yaşama, humanist davranış və s. bu kimi qəbildən olan ümumbəşəri dəyərlərə yaddırlar.
Ermənilər özlərinin süni surətdə uydurduqları, qəlbən inandıqları və başqa xalqlara da bu sərsəm, heç bir elmi, tarixi, faktiki əsası olmayan yalanı “axırıncı həqiqət” kimi təlqin etməyə çalışırlar. Tarixdən yaxşı məlumdur ki, ermənilərdə ilk dövlət Azərbaycanda xronoloji baxımdan altıncı-yeddinci (Atropatena və Albaniya) dövlətlərindən də bir qədər gec yaranmışdır.
DEPORTASİYA SİYASƏTİ ERMƏNİ İDENTİKLİYİNİN TƏMƏL PRİNSİPİDİR
Onların başqa xalqlara qarşı yırtıcı və təcavüzkar xisləti elə həmin dövrdə üzə çıxmışdır. Əslində yalnız ermənilərə məxsus olan başqa bir neqativ və özlərini aşağılayan özəl xüsusiyyət–qonşulara xəyanət, güclülər qarşısında əyilmək kimi hal da elə o dövrdə özünü göstərmişdi. Roma sərkərdəsi Qney Pompeyin qələbəsindən sonra özündən müştəbeh II Tiqranın həqarətlə vassallığı qəbul etməsi tarixi faktdır. Y.e. 387-ci ilində Roma və Sasani dövlətləri tərəfindən bölünərək dövlətçiliyini itirən ermənilərin əvvəlki kimi başqa xalqlqara qarşı rəsmi dövlət səviyyəsində, birbaşa və açıq təcavüzkar siyasət yeritmək imkanı əllərindən alınır. Lakin belə halda da, əqrəb kimi öz qınına çəkilərək, fürsət düşən anda sancmaq, özlərini hakim millətə “dost kimi” qələmə versə də, yeri gəldikcə onların mənafeyi əleyhinə bəd əməllərlə məşğul olmaq xislətini əsrlər boyu “məharətlə” davam etdirmişlər.
Azərbaycanda tarixin müxtəlif mərhələlərində biri digərini əvəz edən çoxsaylı dövlətlərin varlığı müqabilində, indi havadarlarının dəstəyi ilə dünya birliyinə “meydan oxuyan” “haylar” həmin tarixi mərhələlər üçün bir erməni dövlətinin varlığını ortaya qoya bilərmi? 1918-ci ilə qədər qonşulara qarşı irticaçı əməllərini müxtəlif üsullarla gizli və pərdələnmiş şəkildə həyata keçirən ermənilər Rusiya imperiyasının çökməsi ilə yaranmış şəraitdən bəhrələnrək, həmçinin müsəlman və türk dünyasının düşmənlərinin dəstəyinə arxalanaraq min altı yüz illik fasilədən sonra dövlət qurumuna sahib ola bildilər. Tarixi və əzəli Qərbi Azərbaycan torpaqlarında yaranmış bədnam Ararat respublikası fəaliyyətinin elə ilk dönəmindən onlara yaşamaq üçün hər cür şərait yaratmış Azərbaycan və Türkiyəyə qarşı təcavüzkar, soyqırımı, deportasiya yolunu seçdi. Əgər ermənilər 1905-1906-cı illər qırğınlarını Rus çarizminin üstüörtülü dəstəyi ilə icra edirdilərsə, 1918-1920-illərdə soyqırımı və müsəlman-türk əhalisinin doğma torpaqlarından kütləvi deportasiyasını dövlət siyasətinin tərkib hissəsi kimi həyata keçirdilər. Sovetlər birliyinin mövcudluğunun bütün mərhələlərində ermənilər çox zaman açıq, bəzi hallarda guya ümumdövlət maraqlarına uyğun olaraq azərbaycanlıların tarixi Qərbi Azərbaycan torpaqlarından deportasiya edilməsinə nail oldular. Bu prosesin ən iyrənc və heç bir məntiqə sığmayan kütləvi icrası 1948-1953-cü illərdə azərbaycan əhalisinin guya pambıqçılığı inkişaf etdirmək üçün Kür-Araz ovalığına sürgün edilməsində biruzə verdi. 1950-1980-ci illərdə fasilələrlə davam edən köçürmələr Sovetlər birliyinin çökmə ərəfəsi və müstəqillikdən sonra Ermənistandan, habelə Azərbaycanın öz ərazisi olan Dağlıq Qarabağdan kütləvi deportasiyası ilə tam başa çatdırıldı. Müasir dünyada Ermənistan monoetnikliyi ilə analoqu olmayan dövlətdir. Lakin dünya birliyi buna göz yumur.
 
 
Müəllif: Hidayət Cəfərov Azərbaycan Dövlət İqtsad Universitetinin professoru, tarix üzrə elmlər doktoru

0 şərh