Nepotizm

Napoleon qohumlarını sevir və onları ən rahat yerdə oturdurdu. Sta­lin isə, əksinə, qohumlarını sevməsə də, eynilə Napoleon kimi hərəkət edirdi.
Rus dilinə tərcümədə eyni mənanı verməyən və «qohumbazlıq», «dostbazlıq», «kirvəlik» kimi tərcümə olunan «nepotizm» termini orta əsrlərdə papa sarayında meydana çıxsa da, bu təzahürün kökləri insan sivilizasryasının başlanğıcmdan və yaxud daha qədim zəmanələrdən şaxələnir; mütəxəssislərin təsdiq etdikləri kimi, instinktiv nepotizm hətta həşəratlar ile amöblərə də xasdır.
Amerikalı entomoloq Edvard Osborn Uilson 1975-ci ildə «Sosiobiologiya: yeni sintez» adlı kitabı ilə böyük müvəffəqiyyət əldə etmişdi. O, bu kitabda ictimai həşəratlar olan qarışqaların, arıların, eşşək arılarının və termitlərin müşahidə olunmasının nəticələrini şərh etmişdi. O, bu həşəratlara nəslin davam etdirilməsi naminə özünü qurban verməyə daim hazır olmaq xüsusiyyətinin də xas olduğunu müəyyən etmişdi. Uilsondan sonra entuziast sosiobioloqlar təkamül nərdivanı ilə yuxarı-aşağı hərəkət edirdilər. Hal-hazırda «hüceyrənin özünü qurban verməsi» və «özünə genetik sui-qəsd» artıq heç kimi təəccübləndirmir...Könüllü nikahsızlıq halları — reproduktiv funksiyadan imtina etmə — quşlar ilə məməlilərin bəzi növlərində də qeyd olunur.
Alimlər alturizm geni ilə yanaşı, eqoizm, yəni xudpəsəndlik genindən də söhbət açırlar. Bu, həyatın əbədi ziddiyyətlərindən biridir. Homo Sa­piens, yəni şüurlu insan bu ziddiyyəti mədəni ənənələr və əxlaqi, mənəvi dəyərlilər pərdəsi altında gizlətməyə müvəffəq olmuşdur. Nəsillərin münaqişəsi qədim yunanların kainatın, xüsusən dünyanın əmələ gəlməsi haqqında nəzəriyyəsində çox aydın şəkildə ifadə olunmuşdur. Uran, övladlarının üsyanından ehtiyat edərək, onları Tartar çayına atır; Uranın övladlarından biri olan Kronos atasını axtalayaraq, onun toxumalarını dənizə atır; məğlub edilmiş atasının yerini tutan Kronos da, öz növbəsində, övladlarından qorxduğu üçün dünyaya yeni gəlmiş uşaqlarını yeyir. Lakin xilas olmuş Zevs yetkinlik yaşına çatdıqdan sonra titanlar döyüşünə başlayaraq, atasını məğlub edir. Bu dram əsərinin hər üç pərdəsində rəqib — oğul ananın sayəsində xilas olur.
Artıq uşaqlıq illəri ilə vidalaşmış, lakin hələ kişi və sosiumun tam hüquqlu üzvü olmamış gənc ilə necə davranmaq lazımdır? Qədim dövrün sivilizasiyaları bu problemi təqribən eyni cür həll edirdilər: gənci hərb işinə yiyələndirirdilər. Yunan əsatirinin qəhrəmanı qəhrəmanlıq etməyə yollanır: doğma atası ona ağlagəlməz mürəkkəb və çox təhlükəli tapşırıqlar verir. Lakin təlim kursu başa çatdıqdan, qəhrəmanlıq göstərildikdən sonra gənc oğlanın «iş ilə təmin olunması» problemi meyda­na çıxır. Oğul atanın yerini tutmaq istəyir. Afinanın təməlini qoymuş Tezey haqqında əsatirlərin, əfsanələrin qoşulduğu dövrdə atanı qətlə yetirmək, vərəsəlik probleminin müsbət həlli hesab oluna bilməzdi. Mövcud vəziyyətdən digər, melodramatik çıxış yolu tapılır. Minotavrı qətlə yetirmiş Tezey doğma diyara qayıdır: sədaqətli Ariadnanın xiffətini çəkən Tezey qalib gəldiyi təqdirdə gəmiyə ağ yelkəni taxmağı unudur: onun atası Eney üfüqdən görünən gəminin qara yelkənli olduğunu görüb, oğlunun öldüyünü zənn edir. Dərddən başını itirib, özünü dənizə ataraq boğur. Beləliklə, çar taxt-tacı boş qalır və Tezey hakim olur.

ƏMİNİN QARDAŞ OĞULLARI

Qədim cəmiyyətlər şəxsi və ictimai həyat arasında heç bir fərq görmürdü. Ailə və dövlətə xidmətin hüquqi anlayışları ilk dəfə Romada meydana çıxmışdır. Lakin, bütün bunlardan savayı, romalıların ailə bağları, yəni qohumluq əlaqələri bütün dövlət quruluşunda özünə yer tapmışdı. Roma Respublikası Qərb tarixində ən uğurlu oliqarxiya — «azların hakimiyyəti» idi. Məşhur və zəngin ailələrin nümayəndələri hakimiyyəti öz aralarında bölürdülər. Təsərrüfat-hüquqi vahid olan soyadın tərkibinə qohumlardan savayı, qullar ilə müştərilər də daxil idilər. Soyadın əsas daşıyıcısı yeganə monarx, ali kahin və hakim,
bütün əmlakın vahid mülkiyyətçisi və ailənin bütün üzvlərinin müqəddəsliyini həll edən şəxs idi. Oğul atasının sağlığında hüquqi baxımdan asılı olurdu: o, şəxsi istəyinə əsasən evlənə, mülkiyyətə sahib ola və hər hansı bir mirasın varisi ola bilməzdi. Oğlundan narazı olan ata, onu, vərəsəlik hüququndan məhrum edə bilərdi. Buna görə də, ata ilə oğul arasındakı münasibətlər əsas etibarilə yadlaşma, bəzən isə gizli düşmənçilik ilə müşayiət olunurdu.
Gənc romalı çətinliklə mənsəbə çatırdı. Bütün inzibati vəzifələr müəyyən yaş həddi üçün nəzərdə tutulmuşdu. Siyasi ambisiyalar romalı zadəganları ittifaqa girməyə məcbur edirdi. Bu ittifaqın da­ha təbii formaları nikah və oğulluğa götürmə idi: oğulluğa götürmə halının hüquqi əsasları daha mükəmməl şəkildə işlənib hazırlanmışdı. Romanın var-dövləti və qüdrətinin artması ilə ailə üzvlərinin hüquqi münasibətləri də müəyyən dəyişikliklərə uğrayırdı. Nikaha girmiş ər və yaxud arvadın təşəbbüsü ilə boşanma həyata keçirilə bilərdi. Oğullar daha sərbəst olaraq işgüzar həyata atılır, sövdələşmələr qurur, pul qazanmağa başlayırdılar. Romalı analar hakimiyyətin səciyyəvi mərkəzi olan xüsusi qrupu təşkil edirdilər: məhz onlar ni­kah bağlayaraq, gizlin fitnə-fəsad toxumu səpirdilər: onların nüfuzu ərlərinin vəzifə səlahiyyətlərinin çərçivəsindən də kənara çıxırdı. Roma tarixində, iştirakçıların qohumluq ənənələrinə toxunmadan, hər hansı bir süjetin şərhini vermək qeyri-mümkün idi. Nepotizm məhz Romada sonuncu klassik formasını aldı. Belə ki, xidməti pilləkən ilə irəli çəkilməyin başqa üsulu yox idi.
Intibah dövrünün papalığına nepotizmin bariz nümunəsi kimi istinad edirlər — perotismo (peros, latıncadan tərcümədə qardaş oğlu deməkdir) ter­mini, mənfi mənada, məhz papa sarayında meyda­na çıxmışdı. Artıq erkən orta əsrlərdə nikahsızlıq — ruhanilərin nikahsızlığı haqqında ilk papa dekretləri dərc olunmuşdu. Qadağaya ciddi şəkildə əməl olunmurdu. Bir çox ruhanilər evlənməkdə davam edərək, «ruhaniyə yalnız onun doğma uşaqları ata demir, əmi deyə çağırırlar» kimi atalar sözünü dillərə salmışdılar: ingilis dilinin izahlı lüğətində Webster sözü indiyə qədər «qardaş oğlu» sözünün mənalarından biri olub, «ruhanilərin qanundan kənar dünyaya gəlmiş qeyri-qanuni oğluna» işarə edir.
Papa nepotizminin çiçəklənməsi VIII əsrdə başlandı. VIII əsrdə Müqəddəs taxt-tac Pipin Korotkodan böyük əraziləri hədiyyə aldıqdan sonra pontifık kübar hökmdarına çevrilərək, İtaliyanın ən iri feodalı oldu. Nepotizmin mütləq rekordu Orsini neslinə məxsusdur. Bu nəsildən Dantenin cəhənnəmdə qayada qazılmış quyudan ayaqları sallanmış vəziyyətdə qarşılaşdığı III Nikolayı da (1277-1280) daxil etməklə, beş papa çıxmışdı.

UŞAQCANLI KORSİKALI

Lakin nə Roma sezarları, nə də papalar uğurlu nepotist olan 1-ci Napoleonu arxada qoya bilmədilər. Bir misal ilə kıfayətlənək. Napoleon böyük qardaşı Jozefi Neapolun, daha sonra isə İspaniyanın, digər qardaşı Luini Hollandiyanın, kiçik qardası Jeromu Vestfaliyanın kralı təyin etmişdi. O, bacısı Elizaya Toskaniya hersoginiyası titulunu verərək, digər bacısı Polinanı general Leklerkə, onun ölümündən sonra isə knyaz Kamillo Borqezə ərə vermişdi. O, daha bir bacısı Mariya-Annunsiatunu (Karolinam) ilk general, bir qədər sonra isə marşal olmuş İoahim Mürata ərə verərək, qardaşı Jozefdən sonra Neapol taxtını bu kürəkəninə ötürdü. Napoleonun Jozefina ilə nikahından dünyaya gəlmiş oğlu Boqarne Yevgeni İtaliyanın vitse-kralı, hersoq Lixtenberqski oldu. Onun, yəni Napo­leonun ögey.qızı Qortenziya Hollandiyanın kraliçası oldu. Napoleon Jozefina ilə ayrıldıqdan sonra I Aleksandrın bacısı Anna Pavlovnaya elçi düşsə də, nəzakətlə rədd cavabı alaraq, Avstriya imperatoru Fransın qızı I Mariya Luizaya evləndi. Onun ikinci nikahından dünyaya gəlmiş oğlu Jozef-Şarl II Napoleon doğulduğu andan Roma Kralı titulunu alaraq, yekun nəticədə Reyxştad hersoqu oldu. Napoleon 5 aprel 1814-cü ildə taxt-tacını itirdikdən sonra, müstəqil hakim kimi Elba adasına sürgün edilməzdən əvvəl, bütün qohumlarım, doğmalarını çoxlu gəlir mənbəyi ilə təmin etdi. Mariya-Luiza Paris hersoginyası oldu.
Müasir tədqiqatçılar Napoleonun ən aşağı təbəqədən olması, uşaqlıqda qarşılaşdığı yoxsulluq, məhrumiyyətlər, onun həyatda hər bir müvəffəqiyyətə yalnız öz gücü və inadkarlığı ilə nail olması haqqında rəvayəti əfsanə adlandırırlar. Onun hər iki valideyni korsikalıların ən əsil-nəcabətli zadəgan ailələrinə məxsus idilər. Atası ailənin çiçəklənməsində böyük rol oynayan fransız qubernatorunun himayəsində olan adadan istifadə edirdi (şayiələrə görə, general Marböf Napoleonun anası Letisiya Buonapartenin məşuqu, onun iki uşağının isə anası idi). Belə ki, gənc Napoleonun imtiyazlı Kral hərbi məktəbinə qəbul olunmasında da qubernatorun iştirakı olmuşdu. Napoleon həm də diktatorun qardaşı Oqüsten Robespyerin, habelə Pol Barrasın direktoriyasının, daha doğrusu isə, himayədarlığı altında idi. 18-ci Brümerin devrilməsində Napoleonun qardaşları, xüsusilə də daxili işlər naziri vəzifəsinə təyin olunmuş Lüsyen əsas rol oynamışdılar. 1804-cü ildə Napoleon özünü imperator elan etdikdən sonra, Lüsyen, qardaş və bacıların arasında, yeni hökmdarın göstərişi ilə sülalə nikahma daxil olmayan yeganə qardaş olub, qəzəblənmiş Napoleonun əmri ilə sürgün edilmişdi.
Nepotizm Napoleon üçün acınacaqlı nəticələndi: yekunda o, Müqəddəs Yelena adasında sürgündə olduğu müddətdə qohumlarına qarşı həddən artıq səxavətli olmasına görə çox peşman idi. Neapol krah Mürat və kraliçası Karolina 1812-ci ildə Na­poleon əleyhinə koalisiyaya daxil oldular. Jozef hersoq Vellinqtonun qoşunlarına məğlub olaraq Ispaniyadan qaçdı. Rusiya əleyhinə müharibə zamanı atlılar korpusuna rəhbərlik edən Jeram qarşısına qoyduğu tapşırıqların öhdəsindən gələ bilməyərək, hərbi əməliyyatlar meydanından kənarlaşdırıldıqdan sonra Vestfaliyaya qayıtdı. Naməlum Vaterloo altındakı məğlubiyyətdən sonra, Jozefin babası, imperator Fransın himayəsi altında olan dördyaşlı Roma kralının xeyrinə taxt-tacdan imtina etmək haqqında tərtib etdiyi sənədi imzaladı. Jozef Nyu-Cersiyə köçərək, ömrünün qalan hissəsini adi vətəndaş kimi bu şəhərdə yaşadı. Artıq Napoleonun ölümündən sonra ona Meksika taxt-tacı təklif olunsa da, o, tədbirlilik və soyuqqanlılıq nümayiş etdirərək, Meksika taxt-tacından imtina etdi. Onun hər iki qızı Lüsyen ilə Luinin oğulları, yəni əmioğlanları ilə ailə qurdular. Letisiya, Lüsyen, Lui, Eliza və Polina Romada Roma Papasının himayəsi altında yaşayırdılar. Karolina Venaya köçdü və orada vəfat etdi. Jerom Avstriyada qayınatası Bavariya kralının vəsaitləri hesabına yaşayırdı. Sabiq Hollandiya monarxları Qortenziya ilə Luinin oğlu Şarl-Lui Napoleon isə 1852-ci ildə Fransanın kralı imperator Ш Napoleon oldu. Hal-hazırda Avropada yalnız bir çar sülaləsi yaşayır. Onun əcdadı Napoleonun əlaltısı, 1818-ci ildə İsveç taxt-tacına sahib olaraq Karl XIV Yuxarı adlandırılan Jan-Batist-Jül-Bernadotdur. Belə rəvayət edirlər ki, onun ölümündən sonra, saray təbibləri, mərhum monarxın sinəsində inqilabi dövrün damğası olan «Krallara ölüm» şüarını aşkar etmişdilər.

BİZDƏ ÇOX NADİR HALLARDA YAD MƏMURLARA RAST GƏLMƏK MÜMKÜNDÜR

Rusiyada nepotizmin nəinki çiçəklənməsindən, eləcə də ana dilinə «kirvəlik» və «ailəpərəstlik» kimi rus sözləri ilə ifadə olunaraq, dövlət sisteminin əsasını təşkil etməsindən danışmaq məqsədəuyğun olardı. Bu ifadəni Qriboyedovun qəhrəmanı Famusov söyləmişdi: «Mənim vəzifədə olduğum müddətdə çox nadir hallarda yad məmurlara rast gəlmək mümkündür. Yüksək rütbəli vəzifələri, əsas etibarilə bacısı, bacanağının oğlanları, qardaşının övladları tutur».
Buna görə də, dövlət sistemi bu cür faciəli və qəti şəkildə deformasiyaya uğramışdı. Əlbəttə. hakimiyyəti say-seçmə şəxsiyyətlər idarə edir. Belə olan hallarda da, hakimiyyət strukturunun gec-tez qohumluq əlaqələrindən təşəkkül tapması mütləqdir. Ancaq hər bir halda elita daha məsuliyyətli olmalı, sıralarında seçmə ilə məşğul olaraq, qapını kənardan olan istedadlı insanların üzünə açmalıdır. Lenin bunu çox gözəl başa düşürdü — dövləti idarə etməyi bacaran işbaz qadının surəti də məhz buradan götürülmüşdür. Lakin bolşeviklər də elitasız heç cürə keçinə bilmirdilər. Lenin isə elitanın formalaşmasının əsasını qoydu. O, bu dəfə, başqa cür — nomenklatura adlandırıldı. Lakin əvəzində bu zümrənin miqyası elə bir şəkil aldı ki, Miroslav Cilas artıq 60-cı illərdə kommunist nomenklaturasını ədalətli olaraq yeni sinif adlandırmışdı. Elita olduğu yerdə isə nepotizm də mövcuddur. Buna sovet məkanında misal çəkmək çətin olsa da, belə bir faktı qeyd etmək maraqlı olardı. Lenin ilə Krupskayanın övladları yox idi. Dahi rəhbərin qohumları onun xüsusi diqqətinə layiq görülmədi. Leninin vəfatından sonra isə, rəhbər ilə qohumluq əlaqələrini qeyd etməkdən ehtiyatlanırdılar. Onların bu cür hərəkəti təqdirəlayiq idi; belə ki, Stalinin ilk əvvəl İnessa Armandın əli ilə şantaj etdiyi, daha sonra isə ölümündə bilavasitə əli olduğu Krupskayanın taleyi rəhbərin yaxınları, doğmaları üçün ibrət dərsi olmuşdu.
Əsas mülahizədən kiçik bir kənara çıxma: Leni­nin kirvəliyi faktının aşkar olunmamasına baxmayaraq, qohumlar amili onun tərcümeyi-halında böyük rol oynamışdı. Nikolay Berdyayevin fikrincə, bu Rusiya tarixində ən maraqlı məqamlardan biri idi. Berdyayev, Lenini köhnə quruluşun məhv edilməsi ideyasının onun böyük qardaşı Aleksandr Ulyanovun Ш Aleksandrın həyatına sui-qəsd qismində təqsirli bilinib, dar ağacından asılaraq edam dildiyinə görə qisas alması kompleksindən irəli gəldiyini güman edir (burada belə bir fərziyyə də mövcuddur. Sonralar Mariya Aleksandrovna Ulyanova olmuş gənc Manya Blankın knyaginya Mari­ya Fyodorovnanın xidmətçisi olduğu müddətdə vəliəhd III Aleksandrın məşuqəsi olduğu və bu əlaqədən Leninin böyük qardaşının dünyaya gəldiyi də təxmin edilir).
Stalin xarakterinin patoloji xüsusiyyətlərinə görə, Famusov olmasa da, о daha çox övladlarının əli ilə qətlə yetirilməməsi üçün övladlarını yeyən Saturna bənzəyirdi. Saturnun psixologiyası boş ehtimal deyildir: hər bir müstəbid yaxınlarından ehtiyat edir. Müstəbidə doğma uşaqlarından yaxın kim ola bilərdi? Stalinin atalıq hisslərinin nümunəsi onun böyük oğlu Yakov ilə münasibəti ola bilər. Yakovun analığına aşiq olması haqqında mülahizələr mövcuddur. O, analığı Alliluyevanı (o, Yakovdan о qədər də böyük deyildi) sevdiyinə görə özünə sui-qəsd etmək istəmiş, lakin güllə yan keçmişdi. Bunu görən Stalin istehza ilə gülüb demişdi: «Alınmadı». Yakov Böyük Vətən müharibəsi illərində əsir düşsə də, atası oğlunu feldmarşal Paulüsə dəyişmək təklifini rədd edərək, ona yardım etməkdən boyun qaçırmışdı. О bu təklifə: «Mən ge­neralı əsgər ilə dəyişdirmirəm» — deyə cavab vermişdi (nə üçün bəs «əsgər» — axı, Yakov kapitan, batalyon komandiri idi).
Doğrudur, Yakovun xilas olunması üçün almanların arxa cəbhəsinə xüsusi dəstənin salındığı və bu dəstənin tapşınğı yeıinə yetirə bilməyərək, həlak olduğu barədə də fərziyyə mövcuddur. Bu fərziyyə həqiqətə uyğun olduğu halda belə, bu, Sta­linin oğluna qarşı hiss etdiyi atalıq məhəbbətinin deyil, məhz onun siyasi mühakimələrinin təzahürü olacaqdı.
Stalinin digər oğlu Vasili 26 yaşında general-leytenant olsa da, atası onun sərəncamına ona xidmət edən hərbi dəstə verməmişdi. Bəlkə də Vasilinin buna ehtiyacı da yox idi. Çünki hər kəs Vasiliyə xidmət etməyə səy göstərirdi. O, çox gözəl təyyarəçi və komandir idi. Bütün bunlara baxmayaraq, Stalin dəfələrlə Vasilini tutduğu vəzifələrdən, xüsusilə də 1952-ci ildə Moskva hərbi dairəsinin HHQ-nin komandam vəzifəsindən kənarlaşdırmışdı. Vasilinin həyat yoldaşı, iki uşaq anası həbs edilərək, həyatının bir neçə ilini düşərgələrdə keçirmişdi. Stalinin qızı Svetlananın həyat yoldaşının aqibəti də məhz bu cür olmuşdu.
Ümumiyyətlə, Stalin dövründə nepotizm ilə kirvəliyin geniş vüsət alaraq çiçəklənməsindən söhbət açmağa dəyməz. Burada hansı nepotizmdən söhbət gedə bilər? Hər kəs övladları ilə qohumlarının mənsəbə çatmasına var gücü ilə mane olan Rəhbərdən qorxurdu.
Lakin məhz Stalinin möhkəm sıxdığı kəməri Xruşşov açmalı oldu. Xruşşovun Stalinə qarşı şəxsi-qərəzliyi də var idi. Stalin Xraşşovun böyük oğlu Leonidin faciəli taleyinə müdaxilə etməkdən imtina etmişdi. Xruşşovun öz oğluna Stalinin qarşısında uğursuz şəkildə bəraət qazandırmasından sonra dostlarının əhatəsində hönkür-hönkür ağlayaraq: «Lenin çar ailəsindən qardaşının intiqammı aldığı halda, mən ölmüş Stalinə də oğlumu halal etməyəceyəm» deyə söylədiyindən bəhs olunur.
Yəqin ki, bu əfsanədir — ilk növbədə, Stalin bu cür sözləri Xruşşova bağışlamaz, onu cəzalandırardı. Lakin Rusiyanın tarixi həqiqətən yunan mifologiyasının yeni şəklini alaraq Edip, Orest, Pilad, Antiqon, Saturn kimi mifologiya qəhrəmanlarına oxşar mifologiyaya çevrilmişdi...
Ölkə təlatümə gələrək, tamamilə əks istiqamətdə inkişaf edirdi. Onun istiqamətini bu cür kəskin şəkildə dəyişməsi tarazlığın tamamilə pozulmasına səbəb oldu. Bu tarazlıq bir daha bərpa edilmədi. Dostbazlıq, kirvəlik, ailəpərəstlik — Rusiya tarixində yeni çalarda çiçəklənməyə başladı. Xruşşovun MK-da fəaliyyət göstərən həmkarlarının «səbir kasasını daşırdaraq», kürəkəni — müxbir Aleksey Adcubeyi yüksək vəzifəyə təyin etməsi və onun Mərkəzi Komitə heyətinin tərkib'inə daxil edilməsi rəmzi şəkil almışdı.
Xruşşovun qohumlarının yüksək rütbəli vəzifələrə təyin edilməsinə qarşı təəccüb doğuran münasibət tezliklə adi hal almağa başladı. Belə ki, bu qohumlar da digər qohum və tanışlarını irəli çəkməkdə davam edirdilər. Məhz uzunmüddətli Brejnev dövründə ailəpərəstlik və kirvəlik dövlət və partiya aparatının formalaşmasının əsas prinsiplərinə çevrilərək, Dnepropetrovsk kimi «kənd təsərrüfatı» mafiyalarının əsasını qoydu. Hətta Leonid İliçin oğlu, nazir müavini vəzifəsinə qədər yüksəlmiş Yurinin və kürəkəni Çurbanovun mənsəbi de­yil, məhz Baş katibin kabinetinə yol tapmış refe­rent Konstantin Çernenkonun taleyi təntənəli şəkil almışdı. Leonid İliç şöhrətpərəst olmayan və atmı Senatın üzvü etmiş Roma imperatoru Kaliquladan heç də geri qalmırdı.
Stalin dövrünün süzgəcindən keçmiş, möhkəm iradəli və sərt Andropov Brejnev kirvəliyinə son qoymaq istəsə də, artıq gec idi: sistem faktiki ola­raq dağılmış, çürümüş, dostbazlıq və kirvəlik arasında parçalanmışdı.

Mənbə
Qanun jurnalı

Oxşar məqalələr

 

1 şərh

2ral
Nepotizm və Azərbaycan sözləri bir-birinə sinonimdir.