Рейтинг
+24.96

Tarix və politologiya

16 üzv, 292 topik

Sisianov haqqında məlumat

Sisianov kimdir?

Pavel Dmitriyeviç Sisiyanov (Pavle Dmitris dze Sisişvili) — gürcü əsilli rus generalı, Rusiyanın Qafqazdakı qoşunlarının baş komandanı.  
Sisianovun əcdadları Gürcüstanda mühüm dövlət postları tutmuş, türklərlə, farslarla, dağ tayfaları ilə müharibələrdə, vətəndaş qarşıdurmalarında iştirak etmişdir. Rusiya-Çərkəz müharibəsində çərkəzlərin soyqırımında mühüm rol oynamış və dinc əhalinin qətliamında soyqırım metodunu tətbiq edən ilk rus generallarından olmuşdur. Çərkəzlər arasında ona “etibarsız donuz” deyirdilər. 

1806-cı ildə Bakı yaxınlığında sui-qəsd nəticəsində Hüseynqulu xanın əmisi oğlu olan İbrahim öldürülüb. 


Davamı →

8 Mart Beynəlxalq Qadınlar Günü haqqında məlumat | Tarixi və səbəbləri

 

8 Mart Qadınlar Günü Birləşmiş Millətlər Təşkilatının qəbul olunmuş qərara əsasən hər il bir çox dünya ölkəsində qeyd olunan beynəlxalq gündür. Bu gün, qadınların siyasi və sosial şüurunun formalaşması, onların insan hüquqları əsasında özlərini inkişaf etdirməsi, iqtisadi, siyasi və sosial nailiyyətlərinin qeyd olunmasına həsr olunub. Beynəlxalq Qadınlar Günü qadın hüquqları hərəkatının başlanğıc nöqtəsidir..


Davamı →

Ön Asiya

Ön Asiya Avstroasiya materikinin cənub-qərb hissəsində 6,2 milyon kV. km-dən çox olan geniş bir ərazini əhatə edir. Bu bütün asiyanın 15%-i deməkdir. Ön Asiya əhalisinin ümumi sayı 200 milyona yaxındır. Bu bölgənin demoqrafik məlumatlarını adətən təxmini verirlər. Bu ondan irəli gəlir ki, bir çox ölkələrdə əhalinin siyahıyı alınması ya aparılmamış, ya da qismən aparılmışdır. Əsasən Əfqanistan, İran,  Yəməndə. Ön asiya ölkələrinin çox böyük iqtisadi və srateji əhəmiyyətini şhərtləndirən ən böyük amillərdən bir burada çox zəngin neft yataqlarının olmasıdır. Coğrafi cəhətdən Ön Asiya kiçik Asiyanı, mesopatamiyanı, Levantı, Ərəbistan yarımadasını və iran yaylasını özündə birləşdirir.


Davamı →

İslamın ilk terroristlərinin Ömər Xəyyamla dostluğu

Bircə sual məni götürüb haralara gətirdi. “Sufilik nədir?” sualına cavab axtarmaq üçün oxuduqlarım, araşdırdıqlarım məni Amerikadakı mason lojalarından 12-13-cü əsrin Səlcuqlu imperatorluğuna qədər böyük bir tarixi gəzdirdi.
Bu dəfə mənim yol yoldaşlarım həm də Amin Maalofun “Səmərqənd” və Vladimir Bartolun “Əlamut qalası” romanları oldu. Bəli, o məşhur, əfsanəvi üç müsəlmandan danışacam sizə: Ömər Xəyyam, Nizamülmülk və Hasan Sabbah.

Davamı →

Osmanlının zühuru

Qobu çölündən qopub möhtəşəm Xarəzmi yerlə-yeksan etdikdən sonra monqollar iki hissəyə bölündülər. Bir hissəsi şimala doğru getdi. Çingiz xanın əmri ilə Cəbə və Sabutay noyonların başçılığı altında 30 minlik monqol ordu ilə Xarəzmşah Məhəmmədin oğlu Cəlaləddini təqib etmək üçün Azərbaycana girdilər. Bir neçə ildən sonra Cəlaləddinin ölüm xəbərini alan noyonlar işğal etdikləri torpaqları buraxaraq Dərbənddən geri qayıtdılar.

Davamı →

Şərqi slavyanlarında dövlətin meydana çıxması

VIII əsrə doğru «rus» termini şərqi slavyanlara aid edilmişdir. Uzun illər «rus» sözü ilə bağlı fikirlər onun xarici (norman) və yaxud avtoxton (slavyan) kökdən gəlməsi ilə parçalanmışdır. Xarici tarixşünaslığı təmsil edən R.Payps və H.Devidson belə hesab edirlər ki, əfsanəvi Ryurik Skandinav rus tayfasından olmuşdur. Qeyd etmək lazımdır ki, Skandinaviyada belə bir tayfa adı yoxdur. Akademik B.A.Rıbakov belə hesab edir ki, çox güman rus slavyan tayfalarından birinin adıdır. Bəzi tarixçilər isə «rus» sözünün slavyan icmalarının mövcud olduğu rayondakı Ros çayı ilə bağlı olduğunu qeyd edir. Vaxtı ilə görkəmli rus tarixçisi V.O.Klyuçevskinin də qeyd etdiyi kimi bugün də «rus» termininin tarixi və etimoloji kökü aydınlaşdırılmamışdır.

Davamı →

SSRİ 1960-cı İLLƏRİN İKİNCİ YARISI -1980-ci İLLƏRİN ORTALARINDA

İctimai-siyasi həyat
N.S.Xruşşovun istefası ilə onun başladığı ictimai-siyasi həyatın liberallaşması prosesinin dəyişiklikləri dayandı. N.S.Xruşşovun istefasının təşəbbüskarı və təşkilatçılardan biri olan L.İ.Brejnev Sov.İKP MK-nın birinci katibi (1966-cı ildən Baş katibi) seçildi. Brejnev Leonid İliç (1906-1982) Yekaterinoslav quberniyasının Kamensk qəsəbəsində fəhlə ailəsində doğulmuşdur. 1935-ci ildə Metallurgiya İnstitutunu bitirmiş, 1939-cu ildən partiya işinə keçmişdir. Böyük Vətən müharibəsində siyasi işçi kimi iştirak edərək general-mayor rütbəsində 4-cü Ukrayna cəbhəsinin siyasi idarəsinin rəisi olmuşdur.
Davamı →

Xocalı faciəsi haqqında söylənilmiş fikirlər

Xocalı hadisəsi baş verəndə xəbərlər təkcə Azərbaycanın o vaxtkı rəhbərliyinə yox, dünyanın hər yerinə, dünyanı idarə edən böyük dövlətlərin başçılarına belə çatırdı. Ancaq hamı susurdu… Müasir dünya dəhşətli insan qırğını görməmişdi və maraqla gözləyirdi. Gözləyirdi ki, görsün torpağın qara üzü günahsız insanların qırmızı əti ilə örtüləndə necə görünür?!
Elxan Elatlı, Cəhənnəmdən Gələn Səs


Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir.
Heydər Əliyev


Davamı →

SSRİ-nin xarici siyasəti

İ.V.Stalinin ölümündən sonra SSRİ-nin xarici siyasəti əhəmiyyətli dərəcədə dəyişərək mülayimləşməyə istiqamətləndi. 1953-cü ilin iyulunda Koreyada atəşin dayandırılmasına dair saziş imzalandı. İsraillə 1953-cü ilin fevralından kəsilən diplomatik münasibətlər bərpa olundu. Sovet İttifaqı Türkiyəyə qarşı olan ərazi iddialarından əl çəkərək onunla münasibətləri normallaşdırdı.

Davamı →

Sovet İttifaqında Ölkənin sosial-iqtisadi vəziyyəti

60-cı illərin ortalarına doğru Sovet İttifaqında əhalinin ərzaq məhsulları, yüngül sənayeni kənd təsərrüfatı xammalı ilə təmin edilməsi sahəsində ağır vəziyyət yaranmışdı. Kənd təsərrüfatı sahəsində ölçülüb-biçilmədən tətbiq olunan eksperimentlər 1953-1958-ci illərdə əldə edilən naliyyətləri heçə endirdi. Heyvandarlıq sahəsi ağır zərbə aldı, SSRİ xaricdən taxıl almağa məcbur oldu. Yeni hakimiyyətin qarşısında duran əsas vəzifə iqtisadi islahatları davam etdirmək idi.

Davamı →