Рейтинг
+24.96

Tarix və politologiya

16 üzv, 292 topik

Molotov arvadını Stalinin qəzəbindən niyə qoruya bilməyib?

Sovet dövründə yüksək vəzifələrdə çalışan qadınların sayı təxmin edildiyi qədər çox olmayıb. Xüsusilə, İosif Stalin nazir, komitə sədri, Mərkəzi Komitədə şöbə müdiri, katib kimi vəzifələrə qadın məmurları nadir hallarda təyin edib. Onlardan biri də Polina Jemçujina olub. Bəzi araşdırmaçıların qənaətinə görə, Polina Jemçujinanın vəzifəyə təyinatında həyat yoldaşı Vyaçeslav Molotovun böyük rolu olub.

Davamı →

Oğlan övladı dünyaya gətirə bilmədiyi üçün boşanmağa məcbur edilən, tənha ölən şahzadə

Son İran şahı Məhəmməd Rza Pəhləvinin ikinci arvadı olan və oğlan uşağı dünyaya gətirə bilmədiyi üçün hökumətin qərarı ilə boşanmaq məcburiyyətində qalan, Sürəyya İsfəndiyari-Bəxtiyarinin hekayəsi…
Məhəmməd Rza Pəhləvinin ikinci həyat yoldaşını ötən əsrin ən gözəl və cazibədar qadınlarından biri sayırlar. Anası alman, atası fars olan Sürəyya İsfəndiyari-Bəxtiyari 1932-ci ildə İsfahanda anadan olub.
Varlı və soylu bir ailədə dünyaya göz açan Sürəyya, 15 yaşlarında müğənni olmaq istəyib. Lakin atası buna razılıq verməyib.

Davamı →

Kremlin boz kardinalının həyat hekayəsi

Leonid İliç Brejnevin hakimiyyəti illərində SSRİ-də siyasi lətifələr daha çox dəbə minib. Əslində bu lətifələrin əksərində bir gerçəklik də gizlənib. Bu cür lətifələrdən biri də Mərkəzi Komitənin katibi Mixail Suslova həsr edilmişdi:
 «Siyasi Büronun iclaslarının birində müzakirə olunacaq mövzuya keçməzdən əvvəl Brejnev büro üzvlərinə müraciət edib:

Davamı →

Kremldə inanılmaz çevriliş

SSRİ yarandığı gündən süqutuna qədər ölkənin siyasi elitasında intriqalar səngiməyib. Kreml məmurlarının qruplaşaraq hakimiyyət və vəzifə uğrunda mübarizəsi davamlı olaraq bir çox yüksək ranqlı dövlət məmurlarını siyasi səhnədən uzaqlaşdırıb.
Özünü dünyaya «humanist və ədalətli” ölkə kimi təqdim edən SSRİ-nin siyasi müstəvisində  baş verənlər heç də humanist prinsiplərə və ədalətə söykənməyib. Əslində, kənardan və mətbuatın təqdim etdiyindən belə təəssürat yaranıb ki, ölkənin birinci şəxslərinin vəzifə təyinatı plenumlarda seçki yolu ilə baş tutub. Yəni bu məsələ tam şəffaflıqla həll olunub.

Davamı →

Beriyanın küçədən oğurlatdırdığı qadın hansı məşhurun arvadı olub?

Sovet dövründə yüksək ranqlı dövlət məmurları — Siyasi Büro üzvləri, Mərkəzi Komitə katibləri ilə yanaşı çox az sayda ayrı-ayrı sahələrdə çalışan simalar da olub ki, onları da bütün ölkə tanıyıb.
Bu sırada kosmonavtların, mədəniyyət və incəsənət sahəsində fərqlənənlərin, yüksək göstəricilər əldə edən idmançıların adlarını çəkmək olar. Bununla yanaşı kommunist ideologiyası fəhlə və kəndli sinfindən də «qəhrəman”lar yaradıb. Bu şəxslərə həmişə dövlət qayğısı göstərilib, rəsmi və qeyri rəsmi tədbirlərdə onlar üçün xüsusi yer ayrılıb və s. Eyni zamanda bu məşhurlara qeyri-rəsmi toxunulmazlıq statusu da verilib.

Davamı →

Sovet liderinin sirrini bildiyinə görə güllələnən Abakumovun həyat hekayəsi

SSRI tarixində adı cəllad kimi hallanan dövlət məmurları az olmayıb. İosif Stalinin hakimiyyəti illərində bu cür məmurlara daha çox rast gəlinib. Əsasən «NKVD” adlı qurumda təmsil olunan bu şəxslər milyonlarla insanı xof içində saxlamağı bacarıb. Bu sırada Viktor Abakumov isə öz qəddarlığı ilə daha çox fərqlənib.
Müasirləri Viktor Abakumovu xarakterizə edərkən xüsusilə vurğulayıblar ki, hətta „hər şeyə qadir” Lavrenti Beriya belə Abakumovdan çəkinib. Əslində, Abakumovu üzə çıxaran, karyerasında mühüm rol oynayan da elə Beriyanın özü olub. Nədənsə ən kiçik məsələləri belə dəfələrlə ölçüb-biçən Beriya ağlına gətirməyib ki, nə vaxtsa Viktor Abakumov ən böyük təhlükəyə çevriləcək, öz varlığı ilə hətta yüksək ranqlı Kreml məmurlarını belə narahat edəcək...

Davamı →

Qorbaçov ondan kömək istəyən Yuliyanı niyə rədd edib?

Onlar qonşu kəndlərdə yaşasalar da, eyni orta məktəbdə təhsil alıblar. Aralarında iki yaş fərqi olduğundan ayrı-ayrı siniflərdə oxuyublar. Mixail Qorbaçovla Yuliya Karaqodinanı bir-birlərinə yaxınlaşdıran isə məktəbdəki dram dərnəyi olub. Hər ikisi dərnəyin ən fəal üzvləri sayılıblar. Mixail Qorbaçov ilk sevgisini də məhz bu dərnəkdə tapıb.
Yuliya Karaqodina gələcəkdə SSRİ-nin birinci xanımı statusunu qazanmağa tam şanslı olub. Sonralar özünün etiraf etdiyinə görə, Mixail Qorbaçovla onun arasında əsl məhəbbət yaşanıb. Münasibətlər o qədər ciddiləşib ki, Qorbaçov Yuliya Karaqodinanın valideynləri ilə tanış olmağı, özünü onlara tanıtmağı, təqdim etməyi də planlaşdırıb.
Davamı →

Ovda cızılan çevriliş planı – Brejnev Xruşovu istefa ərizəsi yazmağa necə məcbur edib?

Leonid İliç Brejnevin vəzifə hərisliyi hələ gənc yaşlarından özünü biruzə verib. İstər komsomol və partiya orqanlarında işlədiyi vaxtlarda, istərsə də hərbi xidmət illərində gələcəyin baş katibi vəzifə ranqında bir pillə qalxmaq üçün, el dilində ifadə etsək özünü oda-közə atıb.
Bu da danılmaz faktdır ki, onun bu canfəşanlığı boşa getməyib. Düzdür, uzun illər yuxarı dairələrdə  Brejnev ciddi fiqur kimi qəbul edilməyib. Gülərüz siyasətçi adi məmur kimi tanınıb. Hətta Mərkəzi Komitədə işləyəndə onun birinci kürsüyə iddialı olduğunu da çoxları ağlına gətirməyib. Bu münasibətə baxmayaraq Leonid İliç  çox böyük ustalıqla öz hədəfinə çatmağa nail olub.

Davamı →

Millətçilik, onun mühafizəkar, liberal və radikal formaları

Tarixən insanlar öz əcdadlarının adət-ənənələrinə, doğma torpaqlarına, qərarlaşdırılmış əraziləri və burda mövcud olan hakimiyyətlərinə sadiq olmuşlar. Lakin, 18-ci əsrin sonları insan cəmiyyətində yaranan yeni meyllər (məsələn, Maarifçilik hərəkatı, Sənaye inqilabı) insanları millətçiliyə sövq etməyə başlamışdı. Beləliklə, millətçilik modern anlayış olaraq, ilk dəfə 18-ci əsrin sonu, 19-cu əsrin əvvəli Avropada meydana gəlmiş və müxtəlif zamanlarda, fərqli Avropa ölkələrində bir neçə formada təzahür etmişdir. Sonralar millətçilik ictimai və fərdi həyatın ümumi qəbul olunan, ayrılmaz sentimentinə və müasir tarixin yeganə müəyyənedici faktoruna çevrilmişdir. Onun ilk güclü təzahürləri kimi Fransa və Amerika inqilablarını nümunə göstərmək olar. 19-cu əsrin əvvələrindən başlayaraq millətçilik Mərkəzi Avropada geniş yayılmış və sonralar Latın Amerikası, daha sonra isə Şərqi və Cənubi Avropa ölkələrinə nüfuz etmişdir. 20-ci əsrin əvvələri isə millətçilik qədim Asiya və Afrika torpaqlarında çiçəklənməyə başlamışdır. Beləliklə, 19-cu əsr “Avropa millətçiliyi əsri” adlanırsa, 20-ci əsr də Asiya və Afrika millətçiliyi əsri hesab olunur .

Davamı →

XVI-XVII əsrlərdə rus mədəniyyəti

Rusiya milli dövlətçiliyinin təşkili, onun sərhədlərinin genişlənməsi, mütləqiyyətin bərqərar olması, Qızıl Ordunun qəti olaraq məğlub edilməsi rus adamının milli mənlik şüurunun kəskin yüksəlişinə təkan verdi. Dövlətin möhkəmlənməsi, xarici, hərbi uğurlar, yəni Smolensk, Kazan, Həştərxan, Sibirin fəthi, Baltik dənizinə çıxış, patriarxlığın təsis edilməsi Rusiya dövlətinin beynəlxalq nüfuzunun artmasına səbəb olmuşdur.


Davamı →