Рейтинг
+24.96

Tarix və politologiya

16 üzv, 292 topik

Tomas Cefferson (THOMAS JEFFERSON)

Tomas Ceffersonun həyat və fəaliyyəti bəşər tarixində dərin iz qoymuşdur. Onun ABŞ-ın, Yeni Dünyada ilk bur­juaziya respublikasının, yaradılmasında əvəzsiz xidmətləri olmuşdur. O, tarixə təkcə böyük dövlət və siyasi xadimi kimi deyil, eyni zamanda filosof-humanist, maarifçi, lin- qivist, botanik, arxitektor, etnoqraf, paleontoloq kimi düş­müşdür. Bəzi bioqrafları onu Amerikanın Leonardo da Vin- çisi adlandırırlar. T.Ceffersonun həyat və yaradıcılığı bir çox tədqiqatçıların diqqətini özünə cəlb etmiş, haqqında çoxlu sayda kitablar, məqalələr yazılmışdır.

Davamı →

Con Adams (JOHN ADAMS)

Vaşinqtondan sonra ölkəyə rəhbərlik etmək olduqca çətin iş idi. 1796-cı il seçkilərində qalib gəlmiş Con Adams üçünsə ikiqat çətindi. Balaca boylu, dolu bədənli Adams, təkcə öz xarici görünüşü deyil, həm də ideya və dünyagörüşü  ilə Vaşinqtonun tam əksi idi. Aristoteldən Monteskyöyədək əksər dahi müəlliflərə dərindən bələd olmuşdu.

Davamı →

Corc Vaşinqton (GEORGE WASHINGTON)

Corc Vaşinqton adı Amerika tarixinə böyük hərflərlə yazılmış şəxsiyyətlərdəndir. O, on üç koloniyanın əvvəl suveren respublikalar ittifaqına, sonra dünyada ilk federal dövlətə çevrilməsində mühüm rol oynamışdır. Vir­ciniyada keçirilən ilk Kontinental konqresdə qətiyyətlə İngiltərənin müstəmləkə siyasətinə qarşı çıxanlardan ol­muşdur. Amerika hərbi qüvvələrinin Ali Baş Komandanı kimi hərbi müqaviməti təşkil və ona rəhbərlik etmiş, səkkiz il davam edən müharibə Amerikanın tam müstəqilliyi ilə nəticələnmişdir.

Davamı →

Əmir Teymurun Qarabağ sevgisi

“Biz kim, məliki-Turan, əmiri- Türküstan, millətlərin ən uluğu bolğan türknün baş boğunumuz!”
Əmir Teymur Korağan

Son illərdə türkdilli dövlətlər rəhbərlərinin, xüsusən, Türkiyə, Azərbaycan və Özbəkistan Prezidentlərinin ikitərəfli və çoxtərəfli görüşlərdəki çıxışlarında diqqəti yaxından cəlb edən türk birliyi ideyası və böyük Turan idealı mədəniyyətimiz tarixinin ortaq maraqlarla bağlı bir sıra məsələlərinə yeni və çağdaş baxışı gündəmə gətirməkdə.

Davamı →

Yunan tanrılarının sonu nə oldu?

Hər şey Aresin doğulması ilə başladı. Bildiyiniz kimi, Ares müharibə tanrısıdır və Zevsin oğludur.
Afina və Ares iki əks qardaş idi, Afina sülh ilahəsi, Ares isə müharibə tanrısı idi. Onlar tez-tez bir-biri ilə döyüşürdülər, bu da Afina və Sparta müharibəsi demək idi. Bu kimi səbəblərdən Ares digər tanrılar, xüsusən də, atası Zevs tərəfindən sevilmirdi.

Davamı →

Xruşova yazılan məktub və onun sonu

Hakimiyyətdə olduğu illərdə Nikita Xruşov vətəndaşlar tərəfindən ona ünvanlanan məktublara çox nadir halarda baxıb. Bu işlə əsasən köməkçilər və müvafiq qurumların əməkdaşları məşğul olublar. Hər ayın sonunda baş katibə vətəndaş müraciətləri ilə bağlı ümumi arayış təqdim edilib. 1955-ci ildə isə Xruşovun stolunun üstünə fərdi şəkildə bir vətəndaş məktubu qoyulub, baş katibə bildirilib ki, həmin məktubla o, şəxsən tanış olmalıdır.

Davamı →

Ziya Bünyadovun inanılmaz həyat yolu

Ziya Musa oğlu Bünyadov 1923-cü il dekabr ayının 21-də Astara şəhərində, Oktyabr inqilabından xeyli əvvəl ataman Lyaxovun kazak diviziyasının alaylarından birində xidmət etmiş hərbi tərcüməçi ailəsində anadan olub. Atası Bibi-Heybət alim-şeyxləri nəslindən olub. O, atasının sayəsində hələ uşaqlıqdan ərəb dilini öyrənib və Quranı oxumağa başlayıb. Anası Lənkəranda doğulmuş Azərbaycandakı köhnə rus köçmənlərindən olan Raisa Mixaylovna Qusakova idi və Azərbaycan dilində sərbəst danışırdı. Ona görə də ailədəki 6 uşaq həm Azərbaycan, həm də rus dillərini eyni səviyyədə mükəmməl bilirdi.

Davamı →

Ukraynanın birinci katibi Şerbitski

Kremlə heç vaxt baş əyməyən, sovet rejimində vəzifə ranqına görə özündən üstün olanlara belə məqamında cavab verməyi bacaran Şerbitski istər siyasi fəaliyyətində, istərsə də şəxsi həyatında fərqli bir şəxsiyyət kimi yadda qalıb...
Şerbitskinin dəfələrlə Kremldə ən yüksək vəzifələri tutmaq şansı yaransa da, o, bu şanslardan heç vaxt istifadə etməyib. 1970-ci illərin sonlarında SSRİ Nazirlər Sovetinin sədri Aleksey Kosıginin səhhətində problemlər yarananda Leonid Brejnev Şerbitskini Moskvaya dəvət edərək ona Nazirlər Sovetinin sədri vəzifəsini təklif edib.
Davamı →

Kremlin baş həkimi Çazovun xatirələri

Siyasi liderlərlə işləmək, istər istirahət, istərsə də iş zamanı həm öz ölkəsində, həm də xarici səfərlərdə onların bir addımlığında olmaq sözsüz ki, böyük məsuliyyət və gərgin əmək tələb edir. Xüsusilə də birincilərin şəxsi həkimi olmaq bu məsuliyyəti daha da artırır.
Yevgeni Çazov da uzun illər bü cür gərgin şəraitdə işləyib. Uzun illər baş katiblərin, yüksək ranqlı dövlət məmurlarının sağlamlığına cavabdehlik daşıyan akademik çox hadisələrin şahidinə çevrilib, Kremldaxili oyunların, qruplaşmaların, siyasi mübarizələrin, vəzifə uğrunda gedən savaşların ilk izləyicilərindən olub.
Davamı →

Führer hipnozu – Nasional-sosializmin anatomiyası

Hər bir almanın içində Hitlerə və faşizmə gizli rəğbətin, sevginin olduğu haqda ümumi rəyin haradan qaynaqlandığını uzun illər düşünmüşəm. Burada hansısa arqumentlər işləmir, rasional dəlillərin də əsla mənası yoxdur. Total savadsızlıq hökm sürən cəmiyyətdə ehkamlar və yalnız ehkamlar çalışır. Bizim cəmiyyət bir ucdan yaradılan ehkamlarla aşıb-daşır.
Yaxşı bəs nədən məhz Hitler? O, sanki bir arxetip kimi, hardan daxil olub bizim kifayət qədər qapalı cəmiyyətimizə? Nədən bu haqda yazmaq ehtiyacı yaransın ki?

Davamı →