Рейтинг
+24.96

Tarix və politologiya

16 üzv, 292 topik

Baybakovun həyat hekayəsi

Sovet-alman müharibəsi illərində Stalinlə onun arasında kiçik bir telefon söhbəti olub. Sovet lideri telefonda amiranə bir bir səslə Baybakova göstəriş verib:

— Yoldaş Baybakov, qısa müddət ərzində yeni neft yataqları istismara buraxılmalıdır.

Baybakov Stalinin səsinin tonuna baxmayaraq bu məsələnin belə tezliklə mümkün olmayacağını sübut etməyə cəhd edib. Stalin heç nə eşitmirmiş, heç nə anlamırmış kimi söhbətə belə yekun vurub:

— Neft olacaqsa, Baybakov da olacaq, neft olmayacaqsa, Baybakov da olmayacaq.

Davamı →

DTK sədri niyə intihar edib?

19 yanvar 1982-ci il… Ordu generalı Semyon Sviqunun intihar etdiyi gün. Bu hadisə SSRİ tarixində ən müəmmalı hadisələrdən biri sayılıb və generalın intiharının əsl səbəbini bilmək hələ də heç kimə müyəssər olmayıb.
Semyon Sviqun 28 sentyabr 1917-ci ildə Ukraynada anadan olub, Odessa Pedaqoji İnstitutunun tarix fakültəsini bitirib, 1939-cu ilə qədər müəllim və məktəb direktoru işləyib, sonrakı taleyini dövlət təhlükəsizliyi orqanlarında xidmətə bağlayıb. İkinci Dünya müharibəsinin iştirakçısı olan Semyon Sviqun müharibədən sonra Moldaviya SSR və Tacikistan SSR-in dövlət təhlükəsizlik komitələrində müavin və sədr vəzifələrində çalışıb. 1963-1967-ci illərdə isə o, Azərbaycan DTK-sına rəhbərlik edib.

Davamı →

Brejnevin şəxsi həkimindən etiraflar

39 il öncə bu gün, 10 noyabr 1982-ci il SSRİ tarixinə növbəti sovet liderinin, Leonid İliç Brejnevin vəfatı günü kimi həkk olunub.
Baş katibin ölümü haqqında ictimaiyyətə rəsmi məlumat noyabrın 11-də verilsə də, artıq noyabrın 10-da, günorta saatlarından sonra televiziya və radioda  konsertlər və əyləncəli proqramlar yığışdırılıb. 12-15 noyabr ölkədə matəm günləri elan olunub.

Davamı →

Xruşovun tükənməyən qisası

Mövcud olduğu 70 il ərzində SSRİ-də bir çox hadisələr dünya ictimaiyyətinin diqqətini özünə cəlb edib, sovet liderləri məhz bu hadisələrlə öz adlarını tarixə həkk ediblər.
Hakimiyyətdə olduğu 11 il ərzində Nikita Xruşov da özündən əvvəlki və sonrakı baş katiblərdən fərqlənməyərək təəccüb doğuracaq siyasi addımları ilə tarixdə iz qoyub. Çılğın baş katibin bu cür addımlarından biri, daha dəqiq ifadə etsək, silsilə xarakterli «tədbir”ləri Stalinlə bağlı olub.

Davamı →

1975-ci ilin 7 noyabr inqilabı

1975-ci ilin noyabrın 7-də SSRİ-də oktyabr inqilabının ildönümü münasibətilə bayram əhval ruhiyyəsi yaşananda, Leonid Brejnev öz komandası ilə birlikdə mavzoley tribunasından Qırmızı meydandan keçən ölkə zəhmətkeşlərini salamlayanda, Baltik donanmasının tabeliyində olan «Storojevoy” hərbi gəmisində gərginlik hökm sürüb. Gəmi komandirinin siyasi işlər üzrə müavini, üçüncü dərəcəli kapitan (mayor) Valeri Sablin hökumətə qarşı qiyamın son hazırlıq işlərini yekunlaşdırıb.

Davamı →

Brejnevin işdən çıxarmağa qıymadığı döyüş dostu

Böyük bir saraya toplaşan 4994 nəfəri güldürmək üçün ən azı təcrübəli yumor ustası olmaq lazımdır. Yəqin ki, hamı belə düşünər. Amma 1981-ci ildə Moskvanın ən mötəbər saraylarından biri olan Kremlin Qurultaylar Sarayında keçirilən Kommunist Partiyasının 26-cı qurultayında 4994 nümayəndəni eyni anda güldürən heç də incəsənət xadimi yox, vəzifəsinə görə ölkənin ikinci-üçüncü şəxsi sayılan Mərkəzi Komitənin katibi Andrey Kirilenko olub.

Davamı →

Qorbaçov hakimiyyət olimpinə doğru

1980-ci illərin əvvəllərində Leonid İliç Brejnevin səhhətində yaranan ciddi problemlər, baş katibin özünü idarə edə bilməməsi Kremldə hakimiyyət uğrunda mübarizənin qızışmasına səbəb olub.
Varis məsələsində Brejnev Ukrayna Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Vladimir Şerbitskiyə üstünlük versə də, uzun illər paytaxt Moskvada, Kreml kabinetlərində kök salan məmurlar bu planın gerçəkləşməsinə imkan verməyiblər.
Baş katib kürsüsü uğrunda mübarizə 1982-ci ilin yanvar ayından sonra açıq müstəviyə keçib. Belə ki, partiya xətti ilə ölkədə ikinci şəxs sayılan, Mərkəzi Komitənin ideologiya üzrə katibi Suslovun vəfatından sonra onun yerinə göz dikənlərin mübarizəsi intensivləşib.

Davamı →

Beriyanın nasistləri tora salmaq üçün seçdiyi 100 fahişənin acı taleyi

Stalinin hakimiyyəti dövründə sonsuz səlahiyyətlərə malik olan Lavrenti Beriyanın təşəbbüslərinin əksəri Kreml məmurları tərəfindən birmənalı olaraq qəbul edilib. Bunun bir səbəbi onun Stalinlə yaxın münasibətləri olubsa, digər səbəbi hər şeyə qadir «narkom”un unikal və ağılasığmaz təklifləri olub.
Belə təkliflərdən birini Beriya sovet-alman müharibəsinin ən ağır günlərində irəli sürüb.
1942-ci ilin yanvar ayında Beriya öz mühafizə rəisini, polkovnik Rafael Sarkisyanı yanına çağıraraq, olduqca vacib saydığı bir məsələnin icrasını ona tapşırıb.

Davamı →

Molotovla Xruşovun hamam davası – 3 qoca qurdun ifşası

Mərkəzi Komitənin 1957-ci il iyun plenumu SSRİ tarixinə partiyadaxili çəkişmələrin son pik həddi kimi düşüb. Nikita Xruşovu hakimiyyətdən devirmək istəyən əsas üçlük — Vyaçeslav Molotov, Georgi Malenkov və Lazar Kaqanoviç bu mübarizədə məğlub olublar...
İclasın gedişində Molotov Xruşovun siyasi fəaliyyətini sərt tənqid edib. Stenoqrama nəzər yetirəndə aydın olur ki, Molotov öz çıxışında Xruşovun fəaliyyəti ilə bağlı ən xırda detalları belə açıqlayıb:

Davamı →