Рейтинг
+24.96

Tarix və politologiya

16 üzv, 292 topik

Nuru Paşa Cəfər Cabbarlıya nə hədiyyə etmişdir

İyirmi doqquz yaşlı general Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu 1918-ci il sentyabr ayının 15-də Bakını qaniçən daşnaklardan azad etdi.
Noyabrın 10-da həmin münasibətlə bugünkü Filarmoniyada (o vaxtı «İctimaiyyət məclsi», «Cəmiyyət evi», «Cəmiyyət məclisi», həm də Obşestvennoe sobiraniye» adlanırdı) böyük bayram təntənəsi keçirildi. Binanın fasadı Azərbaycan və Türk bayraqları ilə bəzədilmişdi. Məmurlardan, mədəniyyət xadimlərindən, ziyalılardan ibarət 400 nəfərədək adamın iştirak etdiyi ziyafət orkestrin müşayiəti ilə Nuru Paşanın gəlişini ayaq üstü alqışladı.

Davamı →

İran və Səudiyyə Ərəbistanı arasında tarixxi düşmənçiliyin kökü

Tehran və Ər-Riyadın ulduzları niyə barışmır?
İran və Səudiyyə Ərəbistanı arasında münasibətlər yenidən gərilib. Ötən həftə İranın Sistan-Bəlucistan əyalətində Sepah əsgərlərini daşıyan avtobusun partladılması nəticəsində 27 hərbçi ölüb, 15 nəfər isə yaralanıb. Hərbçilərin dəfn mərasimində isə Sepah komandanı Məhəmməd Əli Cəfəri terrora görə Pakistanı və onun kəşfiyyat strukturlarını ittiham edib.

Davamı →

İslam inqilabı İranda nələri dəyişdi?

İran İslam inqilabının 40 ili tamam olur. 1979-cu il fevralın 11-də kütləvi etirazların fonunda Rza Pəhləvinin sonuncu baş naziri Şapur Bəxtiyar istefa verir. Bununla da İranda 54 il davam edən Pəhləvi sülaləsinə rəsmən son qoyulur. İran şahı özü isə yanvarın 16-da müalicə adı ilə Tehranı tərk etmişdi. İnqilabın lideri, 14 il sürgündə yaşamış ruhani lider Ayətullah Ruhullah Xomeyni fevralın 1-də 4 ay yaşadığı Fransadan İrana qayıtmışdı.

Davamı →

Avropada islam sivilizasiyası

Müsəlmanlar Pireney yarımadasına 711-ci ildə gəliblər və 1492-ci ilə qədər orda siyasi hakimiyyətlərini qoruyublar.
Səkkiz əsrlik islam tarixi Avropanın qərb hissəsinin siyasi, etnik, təsərrüfat, sosial və mədəni simasını xeyli dəyişmişdi. 800 il ərzində yarımada əhalisi – qonşuluğu norma, adi həyatın, dünyanın ümumi mənzərəsinin, alışılmış nizamın bir parçası kimi qəbul etmiş müsəlmanlar və xristianlar -təxminən, 40 nəsil dəyişmişdi.

Davamı →

Nasistlərlə ittifaq quran müfti – Hacı Əmin əl-Hüseyni

Fələstində məşhur ailələrdən birində dünyaya göz açan Əmin əl-Hüseyni, həyatını pan-ərəbizmə həsr etmiş, siyasi mübarizəsini bu yöndə davam etdirmişdi. Haqqında onlarla kitab və məqalələr yazılan Hacı Əmin əl-Hüseyni 1921-1937-ci illərdə Britaniya mandatındakı Qüds şəhərinin baş müftisi, eyni zamanda Fələstinin əsas siyasi liderlərindən biri idi. Britaniyanın Fələstin siyasətinə qarşı çıxması və milli müxalif fiqurlardan biri olması ilə yanaşı, əsasən İkinci Dünya Müharibəsində Nasist Almaniyası və İtaliya ilə olan xüsusi münasibətlərinə görə diqqət mərkəzində olmuşdur. Bəzi yanaşmalarda Fələstinin hələ də müstəqillik əldə edə bilməməsinə əsas səbəb kimi onun ziddiyətli siyasəti göstərilir.

Davamı →

Vyetnam müharibəsi – qan və iqtisadiyyat

Necə oldu ki, Amerikanın Vyetnamdakı iqtisadi siyasəti böyük problemlər yaratdı?*
Vyetnamdakı müharibə ABŞ-ın II Dünya müharibəsindən sonrakı ən böyük iqtisadi səhvi hesab edilir. Bu səhvin nəticələri hələ də tamamilə aradan qaldırılmayıb.
Müharibə həmişə iqtisadi baxımdan bir pıçıltı yaradır, səs-küy yox. Xərclənən pullar və çəkilən əziyyət uzun zamandır ki, unudulub. Hal-hazırda Hind-Çin regionunda nəhəng bir müharibəsonrası yardım proqramları və ya yenidənqurma layihələri yoxdur. Digər tərəfdən, heç bir “sülh dividendi” də irəli sürülməyib.

Davamı →

Erməni terroru: Misli görünməyən işgəncələr, günhasız insanların qətlləri, qurbana çevrilən körpələr

Zaman-zaman xalqımıza ermənilərin ssenarisi ilə vurulan zərbələr az olmayıb. Düşmənin yalnız bir hədəfi olub: yaşından və cinsindən asılı olmayaraq dinc azərbaycanlıları məhv etmək. Xalqımıza qarşı əsrlərdir törədilən bu terror aktlarında minlərlə soydaşımız məhv edildi. Çox təəssüf ki, bunların içərisində azyaşlı körpələrimiz də olub.

Ermənilərin Azərbaycana qarşı apardıqları terror aktları nəticəsində öldürülən uşaqların sayı bilinmir. Hələ dünyanın fitnə-fəsadlarından xəbəri olmayan lakin, bəzən doğulmadan belə düşmən qəzəbinə tuş gəlmələrinin yeganə səbəbi isə yalnızca bir türk övladı olmamları olub. Azərbaycana məskunlaşdırıldıqdan sonra illər boyu soydaşlarımıza qarşı apardıqları etnik təmizləmə, erməni terror siyasətinin əsasını təşkil edib.
Davamı →

Puşkin və 44 günlük Vətən müharibəsi

Aleksandr Sergeyeviç Puşkin 1828-ci ildə sürgündə olan dostlarını ziyarət etmək üçün Qafqaz səyahətinə çıxır. Moskvadan Vladiqafqaza, oradan da Gürcüstan Hərbi Yoluyla Tbilisiyə gəlir. Amma burada ona əyan olur ki, dostları Osmanlı üzərinə təşkil olunan hərbi yürüşə qoşulublar. Şair də həvəslənir, qələmini itiləyir, altdan geyinib üstdən qıfıllanır və Ərzuruma yola düşür.

Davamı →

Azərbaycan ərəbləri

Ərəblər ilk dəfə 7-ci əsrin 40-cı illərində Qafqaza daxil olmuşdur. Ərəb ordusunun Qafqazda ələ keçirdiyi ilk ən böyük yaşayış məntəqəsi Dvin şəhəri idi. Ərəblər 653-cü ildə isə Arrana daxil olaraq Bərdə və Beyləqanı, 654-cü ildə Bələncər şəhərini ələ keçirdi. 692 və 693-cü ildə ərəblər xəzərlərlə şiddətli döyüşlərdən sonra Dərbəndi ələ keçirsələr də xəzərlər tezliklə şəhəri geri qaytara bildi. Ərəblər nəhayət 714-cü ildə Dərbəndi ələ keçirərək burada möhkəmləndilər. Dərbənd uğrunda xəzərlər və ərəblər arasında uzun müddət davam edən müharibələr başlandı. Dərbənd, beləcə, ərəblər üçün xəzərlərə qarşı mübarizədə mühüm bir dayağa çevrildi. Buradan ərəb dəstələri Qafqazın müxtəlif bölgələrinə, o cümlədən Şimali Dağıstana göndərilmiş və Volqanın aşağı axınlarına qədər çatmışdılar (Volkova, 1983:42).

Davamı →