Рейтинг
+24.96

Müasir tarix və politologiya

12 üzv, 32 topik

Rusiyada 1905 -1907-ci illər inqilabı

Rusiyada 1905 -1907-ci illər inqilabı Rusiyada vəziyyət daha dözülməz idi. 1907-ci illər inqilabı Burada ümumdünya kapitalizminin bütün ziddiyyətləri; əməklə kapital, yeni ərazilər zəbt etmək uğrunda dövlətlərarası və müstəmləkələrlə metropoliya arasında ziddiyyətləri cəmləşmişdi. Rusiyada zəhmətkeşlər olmazın dərəcədə əziyyət çəkirdilər. İş günü 12-14 saata çatırdı. Feodal zülmündən əziyyət çəkən kəndlilərin vəziyyəti daha ağır idi.
Rusiya Uzaq Şərq uğrunda Yaponiya, Balkan əraziləri və boğazlar uğrunda Avstriya-Macarıstan və Türkiyə ilə kəskin rəqabət aparırdı. Hətta 1904-1905-ci illərdə rus-yapon müharibəsi baş vermişdi. Müharibədə Rusiya biabırçı şəkildə ağır məğlubiyyətə uğramışdı. Yüzdən çox millət və xalqın müstəmləkə əsarətinə alındığı Rusiya imperiyasında milli zülm də son dərəcə artmışdı. Buna cavab olaraq ölkədə, xüsusən milli ucqarlarda Polşada, Finlandiya, Ukraynada, Qafqazda, Mərkəzi Asiyada, Volqaboyunda, Krımda və b. yerlərdə milli-azadlıq hərəkatı güclənmişdi. O, çarizmə qarşı demokratik hərəkatla culğalaşmışdı.
Ardı →
 

İki dünya müharibəsi arasında sovet xarici siyasəti

Sovet rejimi qurulduqdan sonra, 1918 — 1920-ci illərdə sovet xarici siyasətinin başlıca istiqamətini sovet hakimiyyətini yox etmək istəyən daxili və xarici qüvvələrə qarşı mübarizə aparmaq və dünya kommunist inqilabi ideyasına ümid bəsləmək təşkil edirdi. Vətəndaş müharibəsi və xarici hərbi müdaxilə qurtardıqdan sonra Sovet dövləti öz beynəlxalq münasibətlərini qaydaya salmağa, tədricən dünya birliyinə daxil olmağa başladı. Bununla yanaşı, o dünya inqilabi hərəkatının mərkəzi olmaq ideyasından da əl çəkməmişdi. Bu ikililik xarakteri xarici siyasətdə də özünü göstərirdi. O, bir tərəfdən xarici ölkələrlə münasibətləri qaydaya salmağa, digər bir tərəfdən isə dünya inqilabının başlanması üçün kapitalizmin ziddiyyətlərindən istifadə etməyə çalışır, səy göstərirdi.
Davamı →
 

Sovet cəmiyyətinin süqutu

Yeni dünya müharibəsi təhlükəsinin artması SSRİ-nin daxili və xarici siyasətinə də öz təsirini göstərdi. O, daxildə hərbi sənaye kompleksini daha da gücləndirməyə üstünlük verdi. 1939-1941-ci illərdə bu istiqamətdə bir sıra ciddi tədbirlər: əmək intizamını möhkəmləndirmək, gənc fəhlə kadrlan hazırlamaq, ağır sənayeni xüsusən hərbi sənayeni daha da inkişaf etdirmək və s. tədbirlər həyata keçirdi.

Xarici siyasətdə müharibə təhlükəsini özündən uzaqlaşdırmaq üçün manevr etmək gedişlərinə də üstünlük verdi. Buna baxmayaraq o, faşizm tərəfindən gözlənilən müharibə təhlükəsindən canını qurtara bilmədi. Dünya ağalığı niyyətində faşist nasist Almaniyası 1941-ci il iyunun 22-də, 10 il müddətində bir-birinə hücum etməmək barədə 1939-cu il 23 avqust sovet-alman müqaviləsini xaincəsinə pozaraq bütün cəbhə boyu SSRİ üzərinə hücuma keçdi. Bununla, SSRİ öz iradəsindən asılı olmayaraq ikinci dünya müharibəsinə qatıldı. SSRİ-nin faşist Almaniyasına qarşı 1941-1945-ci illər Böyük Vətən müharibəsi başlandı.


Ardı →
 

XX əsrin birinci yarısında iqtisadi böhranlar

XX əsr iri iqtisadi böhranlarla da səciyyəvidir. Böhran bazar iqtisadiyyatının başlıca xüsusiyyətidir. Bu səbəbdən hələ XIX əsrin əvvəllərindən etibarən bazar iqtisadiyyatı ölkələrində vaxtaşırı iqtisadi böhranlar baş vermişdi. XX əsrdə o daha da güclənmişdi.
Dünya XX əsrə 1900 — 1903-cü illərdə təxminən eyni vaxtda Rusiya və ABŞ-da başlanan sənaye böhranı şəraitində daxil olmuşdu. Bu böhran əvvəl metallurgiya sənayesini, sonra isə kimya, energetika və tikinti sahələrini əhatə etmişdi. Sənaye böhranı Almaniyanı, İtaliyanı, Fransanı və b. sənaye ölkələrini də bürüyərək ümumi xarakter almışdı. O, əksər sənaye müəssisələrini iflasa uğratmış, işsizlərin sayı kütləvi olaraq artmışdı. Lakin dünya ölkələri tezliklə böhran vəziyyətindən çıxmışdılar. İstehsal normallaşmağa başlamış, sərmayə qoyuluşu yüksəlmişdi.
Ardı →
 

Faşizmin iflası

Faşizmin müharibə təhlükəsi törətməsi nəhayət ikinci dünya müharibəsinə gətirib çıxardı. 1939-cu il sentyabrın 1-dən ikinci dünya müharibəsi başlandı. Faşizmin zərbə qüvvələri olan Almaniya və İtaliya 1939-1941-ci illərdə bir neçə ölkə istisna olmaqla bütün Avropanı və Aralıq dənizi hövzəsini özlərinə tabe etdilər. 1941-ci il iyunun 22-də dünya ağalığı iddiasında olan nasist Almaniyası 10 il müddətində bir-birinə hücum etməmək barədə 1939-cu il 23 avqust sovet-alman müqaviləsini xaincəsinə pozaraq SSRİ üzərinə hücum etdi. Çünki o, kommunizm ideyalarının daşıyıcısı olan SSRİ-ni faşizmin dünya ağalığı niyyətlərinin gerçəkləşməsinə mane olan başlıca qüvvələrdən biri hesab edirdi. Qərbdə fəal ikinci cəbhənin olmamasından istifadə edən faşist qüvvələri müharibənin ilk dövründə sovet-alman cəbhəsində böyük hərbi nailiyyətlər qazandılar. Onlar çox qısa müddətdə SSRİ-nin qərb vilayətlərini zəbt edərək Moskva ətrafına gəlib çıxdılar.
Ardı →
 

Faşizmin yeni dünya müharibəsi təhlükəsi yaratması

Hakimiyyətə gələn faşist qüvvələri addımbaaddım dünyanı yeni müharibəyə sürükləməyə başladılar. 1933-cü ildə Hitler iri dövlətlərdən əlindən alınmış müstəmləkələri geri qaytarmağı tələb etdi. Elə həmin ildə İtaliya və Almaniya Millətlər Cəmiyyətindən çıxdılar. Almaniya ciddi surətdə silahlanmağa başladı. 1934-cü ildə alman faşistləri Avstriya kansleri Dolfusun və Yuqoslaviya kralı Aleksandrın öldürülməsini təşkil etdilər. İri dovlətlərin etirzlarına baxmayaraq Hitler 1935-ci ildə ümumi hərbi mükəlləfıyyəti bərpa etdi. Hərbi hava və dəniz donanması qurmağa başladı. Həmin ildə alman silahlı qüvvələri Versal müqaviləsi əsasında hərbisizləşdirilmiş Reyn zonasına daxil oldular,
Ardı →
 

Faşizmin beynəlxalq faktora çevrilməsi

1929-1933-cü illərdə dünya iqtisadi böhranı faşizm hərəkatının inkişafında dönüş mərhələsi oldu. Faşist dövlətləri iqtisadi böhrandan çıxmaq yolunu iqtisadiyyatı hərbiləşdirməkdə gördülər.
İtaliya faşist hökuməti hələ 1927-ci ildə elan etdiyi «korporativ dövlət» proqramını həyata keçirməyə başladı. 19301934-cü illər sözügedən proqramın həyata keçirilməsində mühüm mərhələ oldu. İqtisadiyyatın bütün sahələrinə müvafıq olaraq sahibkarları, həmkarlar ittifaqlarını və bütün zəhmətkeşləri öz sıralarında birləşdirən 22 korporasiya yaradıldı. Korporativ sistemin yaradılması ölkə iqtisadiyyatına dövlət nəzarətini gücləndirilməyin səciyyəvi forması idi.
Ardı →
 

Gənc Türklər

Gənc türklər hərəkatının rişələri XVIII əsrin inqilabı sonları və XIX əsrə gedib çıxır. O, öz başlanğıcını   Böyük   Fransa   inqilabının   təsiri ilə Türkiyədə meydana çıxan Tenzimat hərəkatından götürmüşdür.
Avropadakı burjua hərəkatı ilə tanış olan türk ziyalıları və tələbə gənclər Türkiyədə də konstitusiyalı quruluşa keçilməsini zəruri hesab edirdilər. Onlar 1865-ci ildə «Yeni osmanlılar cemiyyeti» yaratdılar. Onun yaradıcıları görkəmli edib olan İbrahim Sinasi və yazıçı-dramaturq Namiq Kamal olmuşdu. Lakin tezliklə «Yeni osmanlılar» cəmiyyətinin fəaliyyətinə son qoyuldu. Təşkilatın bir çox üzvləri həbs edildi, qalanları isə xaricə getməyə məcbur oldular.
Ardı →
 

Cənubi Azərbaycanda demokratik və milli azadlıq hərəkatı

İran əsarətində olan Cənubi Azərbaycan türkləri   «məşrutə» inqilabının   ön sıralarında gedirdilər. 1905-ci ilin dekabrında demokratik ruhlu ruhanilər daxil olmaqla kütlələrin izdihamlı çıxışları Cənubi Azərbaycanın şəhərlərində öz əks-sədasını tapdı. Təbrizdə, Ərdəbildə, Xoyda, Zəncanda və b. şəhərlərdə etiraz nümayişləri başlandı, bazar və dükanlar bağlandı. 1906-cı il sentyabrın 20-də bir dəstə ruhani Təbrizdə İngilis konsulluğunda bəstə oturdu, Fəhlələr, sənətkarlar, tacirlər, milli burjuaziya nümayəndələri, xırda və orta ruhanilər, şəhər yoxsulları, müəllim və şagirdlərdən ibarət minlərlə adam isə Təbrizin «Samsam xan» məscidində bəstə oturdu. Şəhərdə tətil, mitinq və etiraz çıxışlarının ardı-arası kəsilmirdi.
Ardı →
 

Faşizmin meydana gəlməsi

XX əsrin ümumdünya faciəli hadisələrindən biri də faşizmin meydana gəlməsidir. O, birinci dünya müharibəsindən sonrakı inqilabi dəyişikliklərin alternativi, bir sıra ölkələrdə burjua demokratiyasından siyasi irticaya keçməyin təzahürü və mühafızəkar ekstremizmin ən sağ variantı idi. Onun ideologiyasını irqçilik, millətçilik, sosial bərabərlik kimi populist prinsiplər təşkil edirdi. Faşistlər milli marağı siniflərin və fərdlərin marağından üstün tuturdular. Köhnə millətçilikdən və mühafizəkarlıqdan onları fərqləndirən əsas cəhət təkcə güclü dövlət ideyası deyil, cəmiyyətə tam yiyələnmiş totalitar dövlət yaratmaq idi. Faşizmin ilk təşkilatları Almaniya və İtaliyada yaranmışdı. Almaniyada o, nasist, İtaliyada isə faşist adlandırılırdı.


Ardı →